Şəkidə ağır qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Tarix: 04-02-2017 | Saat: 21:47
Bölmə:Karusel / Hadisə | çapa göndər
Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi "Ford" markalı yük maşını toqquşub.
Qəzadan sonra "Mercedes" markalı avtomobilin sürücüsü Ş. Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ş. Qarayevin həmkəndlisi olan sərnişini, 1988-ci il təvəllüdlü Cavad Əlövsət oğlu Cabbarov və yük maşının sürücüsü B. Rüstəmov aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan APA-ya bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

12-12-2016, 22:01
Alpaqutlar 70 yaşlı nənəyə kömək əli uzatdı FOTO_VİDEO
29-04-2017, 18:35
De Xea "Real"la razılığa gəldi
27-01-2016, 19:26
Azərbaycanın 3 iri bankı birləşəcək
30-03-2017, 16:12
İsrail də BMT-nin pulunu kəsdi – Səbəb
13-10-2015, 03:46
İlham Əliyev: Yoxlayan gəlir, öz payını alır, çıxıb gedir
10-12-2021, 17:05
Məktəbə hücum olub? - İcra başçısından açıqlama
10-06-2016, 20:20
Panasonik iki cümləyə görə 800 milyon qazandı
24-03-2015, 13:01
Göyçayda ailə dramı: Arvad ərini öldürdü