Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alpaqutlar 70 yaşlı nənəyə kömək əli uzatdı FOTO_VİDEO
Tarix: 12-12-2016 | Saat: 22:01
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Reportaj | çapa göndər

Alpaqutlar 70 yaşlı nənəyə kömək əli uzatdı FOTO_VİDEO
Alpaqut Federasiyasının kollektivi və federasiyanın dostları olan xeyriyyəçilər daha bir sosial layihə ilə köməyə möhtac bir ailənin ümidinə çevriliblər. Çətin şəraitdə yaşayan Xəzər rayonu Buzovna qəsəbə sakini 70 yaşlı Əliyeva Zenfira Qurbanəli qızına yardım aksiyası həyata keçiriblər. Qeyd edək ki, 1947-ci il doğumlu Zenfira Əliyeva 40 ilə yaxın Buzovna rayon icra nümayəndəliyində çalışıb. 2002-ci ildə qısaqapanma nəticəsində evi yanaraq kül olub. Həmin vaxtdan nəvələri ilə birlikdə heç bir şəraiti olmayan evdə yarıac, yarıtox yaşayaraq, qonşuların yardımları sayəsində dolanışığını təmin edir. 5 nəvəsi olan Zenfira Əliyevanın oğlu dispanserdə müalicə alır, nəvələrindən 2-ni internata vermək məcburiyyətində qalan nənə digər nəvələri ilə qonşuların yardımlarına ümid bağlayır.
70 yaşlı çarəsiz qadına baş çəkən Alpaqut Federasiyasının kollektivi və digər xeyriyyəçi insanlar ağır şəraitdə yaşayan ailəyə yardım edərək qazın çəkilməsində, sobanın quraşdırılmasında, həmçinin zəruri ərzaq, geyim və məişət əşyalarının alınmasında, toplanmasında iştirak ediblər.
Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bu yardımların onların vətəndaşlıq görəvi olduğunu deyib: "Bütün dünyada gedən iqtisadi proseslərin fonunda insanların yaşam tərzində də çətinliklər olur. Bu qloballaşma, bazar iqtisadiyyatı şəraitində təəssüf ki, bir tikə çörək tapa bilməyən insanlar olur. Bu məsələdə hər yardımı dövlətdən də gözləmək olmaz. Biz də vətəndaşlar olaraq ətrafımızdakı insanların yaşam uğrunda mücadiləsinə laqeyd olmamalıyıq. Bacardığımız köməkliyi etmliyik. Bu işləri maarifləndirmə naminə etməliyik ki, digər insanlar da bu yardımsevərliyə, xeyriyyəçiliyə cəlb olunsunlar. Darda olana yardım əli uzatsınlar".

Xəbəri paylaş

2 3728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___