Qızımın səsi şillə kimi dəydi üzümə...
Tarix: 04-02-2017 | Saat: 02:07
Bölmə:Karusel / Maraqlı / M2 / Müsahibə | çapa göndər
Nərmin Dadaşova
Salam, oxucu dost. Necə olduğunu təxmin edirəm, intensiv baş ağrıların var, gözlərindən yuxu axır, kədərli və yorğunsan. Üstəlik xeyli də gərginsən. Bütün bunlar azmış kimi, buzda sürüşüb yıxılmaq qorxusu ilə kəsir dişin dodağını günlərdir. Səni ona görə yaxşı başa düşürəm ki, hamımız eyni taleyi yaşayırıq. Səhər evdən çıxıb avtobus sürücüləri ilə didişirik, metroda eni-uzunu bilinməyən xalaların arasında sıxılır, ağızlarından kanalizasiya iyi gələn sütül oğlanların, habelə yaşlı-başlı adamların çənəsinin altında nəfəsimizi tutub saxlayırıq. Belə gərgin başlanan günün içinə bir iki bəxbəxt hadisə xəbəri, bir dost nazı, ər sözü, ana danlağı, müəllim tənbehi, sevgili laqeyidliyi əlavə etsək, nə qalır geriyə? Heç nə. Yepyekə bir heç nə!
İnşaatçılar metrosunun girişində yarımçıq bir adam oturur əlil arabasında. Gözlərini aşağı dikib qara əlcəkli əlini bədənin sonuncu dayanacağına- dizlərinin üstünə qoyur. Aylardır ki, qəribə bir kontaktımız yaranıb. Hər səhər yanından keçəndə “Sabahınız xeyir” deyirəm ona. İnanmayacaqsız bəlkə də, amma ən çox enerji aldığım, bütün xoş niyyətlərimi qarşımdakına ötürdüyüm ifadədir bu. Və mütləq bir – birimizin gözünə baxıb gülümsəyirik. İçimdə bir hiss var, bir hiss var ki, o adamın bədənindəki yoxluğu ürəyinə doldurub Tanrı. Yoxsa bir adam necə belə gözəl gülümsəyə bilər tanımdığı birinə.
Günlərdir yağıb həyatımızı alt-üst edən qardan sonra onu orada görməmişəm. Eynən sənin kimiyəm, oxucu dost, intensiv baş ağrılarım var, gözlərimdən yuxu axır, kədərli və yorğunam. Üstəlik xeyli də gərginəm. Ancaq səndən fərqli olaraq mənim qorxum buzda sürüşüb yıxılmaq deyil, o ağ saçlı nurani adamı bir də orada görə bilməməkdir. Onu görməyəli günlərim yaxşı başlamır, üzgünəm...
Neçə gündür həyatımdan itən bir neçə saniyəlik təbəssüm və “sabahınız xeyir” sözünün yoxluğu məni ona görə bu qədər sarsıdıb ki, mən o təbəssümün və o xoş ifadənin acıyam. Ölkə gündəmi ona görə günü-gündən dəhşətli olur ki, sən də o xoş sözün və xoş təbəssümün acısan. Evində sevgisiz böyütdüyün uşaq, doqquzuncu sinif uşağı sinif yoldaşına bıçaq batırır. Ana güc-bəla ilə böyütdüyü qızını boğub öldürür. Axmağın biri, ayağı boyda olan uşağı zorlayır. Oğul atasına od vurub yandırır...
Səhər qızlarımla dayanacaqda dayanıb maşın gözləyirdik. Ətrafımızda adamlar artıqca fərqində olmadan uşaqların əlindən daha da möhkəm sıxırdım. Qızımın səsi şillə kimi dəydi üzümə “Əlimi sıxma, Nərmin, incidirsən” dedi. Səhər tezdən işə tələsən bənnanın, həkimin, məmurun, tələbənin, yaşlının, cavanın, qadının, kişinin- ətrafımdakı hamının mənə bu qədər təhlükəli gəlməsi, elə üzücüdür ki, oxucu dost...
Xəbəri paylaş
7738 dəfə oxunub.
Digər xəbərlər

2-01-2018, 13:10
Yəhudilərin və xristianların ibadəti necədir?
26-07-2015, 10:16
Şəhid qardaşı: Eldar bu günə kimi 4 erməni öldürüb - VİDEO
31-08-2021, 09:52
Yük avtomobili aşdı, “20 Yanvar” dairəsi bağlandı - FOTOlar
1-03-2017, 22:56
"Sevgili tapa bilmirəm, falçıya gedəcəm" - Ebru Polat
16-09-2018, 12:45
Göygöldə 17 yaşlı oğlan anasını döyən atasını baltaladı
27-02-2016, 09:23
Şəmkirdə soyğunçu dəstə zərərsizləşdirildi - FOTO
15-01-2019, 17:50
AzTV kimə həvalə edildi? - DOSYE
25-01-2023, 11:12
Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürdü