Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qayınanasının həyətinə qumbara atan şəxs: Onları öldürmək istəmirdim
Tarix: 14-03-2023 | Saat: 10:59
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını, boşandığı həyat yoldaşını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilməyib. O qeyd edib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır: "Mən heç kimi öldürmək istəməmişəm. Əgər onları öldürmək niyyətim olsaydı, qumbaranı həyətdəki boş sahəyə yox, elə evin içinə atardım.

Mən özümü ancaq silaha görə təqsirli bilirəm. Nə evə ziyan vurmuşam, nə də kimisə öldürmək niyyətim olub. Belə niyyətim olsaydı, uzaqdan evin içinə atardım, heç kim də mane ola bilməzdi".

Təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı, zərərçəkmiş qismində tanınan Sevil Əhmədova da məhkəmədə bildirib ki, ittihamda yazılanların bir çoxu həqiqətəuyğun deyil.

"İttihamda haqsız şeylər yazılıb. O yazılanların heç biri olmayıb. Məsələn, bizim evimizdə qumbaradan dağıntı olmayıb", - zərərçəkmiş deyib.

İttihama görə, hadisə ötən ilin avqustunda Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. İntizam Nəcəfovun həmin vaxt narkotik maddənin təsiri altında olub. O, "F-1" qumbarasını evə atmaq istəyəndə qızı mane olub. Bu üzdən qumbara bağ sahəsinə düşüb.

O özgə əmlakına zərər vurma və ya məhv etmə, qanunsuz silah saxlama, iki və daha çox adamı öldürməyə cəhd maddələri ilə təqsirləndirilir.

İ. Nəcəfov istintaqda bildirib ki, 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən sonra Qarabağ zonasında işləyib. Onun sözlərinə görə, qumbaraları da həmin vaxt oradan tapıb götürüb.




Xəbəri paylaş

1178 dəfə oxunub.

Digər xəbərlər
20-01-2019, 16:09 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___