Piyadalara qarşı cərimə artırılır - 20-dən 100 manata
Tarix: 27-01-2017 | Saat: 14:46
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdirilir.
"Xəbəraz.az " məlumatına görə, piyadaların yol verdiyi qayda pozuntularının hamısı artıq eyni cəza ilə bitməyəcək. Belə ki, daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.
Ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Sayt yazır ki, layihənin ilkin variantında beton və dəmir arakəsmələrin üzərindən tullanıb yolu keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olunurdu. Lakin bu təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi istənilir. Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaq. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.
Layihənin Milli Məclisə göndərildiyi və yaz sessiyasında müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, son vaxtlar yol qəzalarının sayında artım müşahidə olunur. Ölümlə nəticələnən qəzaların yarıdan çoxunu piyadavurmalar təşkil edir. Təkcə Bakı şəhərində ümumi yol qəzalarının 60 faizə yaxını piyadavurmalarla bağlıdır.
Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

1-02-2017, 11:33
Bakının mərkəzində QORXUNC OLAY - Yaralı var
20-05-2015, 21:04
Mən uşaqlarıma nə deyim? Mən onlara deyim ki, yoldaşım quldurdu?”
14-05-2016, 16:59
Ərdoğan İlham Əliyevi toya dəvət etdi
31-03-2015, 00:36
"Hizbullah" Səudiyyə Ərəbistanına müharibə elan etdi
1-02-2017, 00:24
“Oğurluq edirdim...” - Azərbaycanlı müğənnidən şok etiraf
10-02-2022, 13:30
Yağış, qar yağacaq - SABAHIN HAVASI
8-02-2018, 20:21
Qusarda 29 yaşlı qadın itkin düşüb
15-08-2018, 18:04
Qəbul imtahanlarının cavabları açıqlandı
25-08-2015, 19:53
Yol-patrul xidməti inspektoru olmaq istəyənlər üçün fürsət