Yol-patrul xidməti inspektoru olmaq istəyənlər üçün fürsət
Tarix: 25-08-2015 | Saat: 19:53
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyi vakant yol-patrul xidməti inspektoru vəzifələrinə xidmətə qəbul elan edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla bağlı keçiriləcək sıra baxışında iştirak etmək istəyən şəxslər 2015-ci il sentyabr ayının 1-də saat 9.00-da şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayına gələ bilərlər. Sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, avtomobil nəqliyyatına aid ali və ya orta-ixtisas təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi, avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənədi olan, yaxud sürücü kimi 3 il əmək stajına malik Azəsrbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Müsabiqəyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi üzrə 35 vakant yol-patrul xidməti inspektoru vəzifəsi elan edilir.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən, dövlət təhsil müəssisələrində ali təhsil almış və emosional dayanıqlı namizədlərə üstünlük veriləcəkdir.
Xəbəri paylaş
7928 dəfə oxunub.
Digər xəbərlər

10-07-2017, 11:30
Məhkəmə BDU-nun tələbəsi barəsində axtarış elan edib
24-05-2016, 20:21
Gömrükdə növbəti "siqaret əməliyyatı"
29-11-2016, 11:49
Gedişhaqqı qaldırılacaq? - RƏSMİ AÇIQLAMA
24-06-2017, 11:30
Natavan Həbibinin özündən 6 yaş kiçik nişanlısı ilə özəl GÖRÜNTÜLƏRİ YAYILDI - FOTOLAR
10-06-2023, 12:12
Avtomobillə 3 yaşlı uşağın başının üzərindən keçdi - Bakıda qəza - VİDEO
12-11-2015, 16:29
MTN əməliyyat keçirdi: Saxlananlar var
21-05-2016, 22:22
Şimali İraqda PKK-ya ağır zərbə endirildi
22-01-2017, 20:44
Əsəd ordusu hücuma keçdi: Türklərlə toqquşma gözlənilir-FOTO
21-09-2015, 11:55
Məmmədyarov Karuanoya qalib gəldi