Mən uşaqlarıma nə deyim? Mən onlara deyim ki, yoldaşım quldurdu?”
Tarix: 20-05-2015 | Saat: 21:04
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər
Beynəlxalq Bankdan kredit götürüb həbs olunan iş adamı, “İnter Glass” şirkətinin rəhbəri Fariz Muradovun həyat yoldaşı Nərmin Muradova ərinin həbsi ilə bağlı danışıb.
Xeberaz.az xəbər verir ki, N.Muradova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1 həftədir yoldaşı ilə görüşə, əlaqə saxlaya bilmir: “Yoldaşımı “Bandotdel”də saxlayırlar, vəkilləri ilə görüşməyə icazə verilmir. Mən neçə gündür ondan xəbərsizəm, yoldaşım üçün narahatam. Mayın 12-də yoldaşım saxlanılıb. Mən bilmək istəyirəm ki, məqalələrdə yazılan 52 milyon mənimsəmə hardadır? Onu tutub aparıblar, amma mühasiblə heç kim danışmır ki, nə qədər kredit götürmüsüz, hara xərcləmisiz, nə qədər ödəmisiz? Mən tələb edirəm ki, auditor şirkəti göndərilsin və hər şey araşdırılsın”.
İş adamının yoldaşı deyib ki, onlar oliqarx deyilər: “Mən bilmirəm siz informasiyanı hardan alırsız. Yazılarda qeyd olunan rəqəmlər düzgün deyil. Ümumiyyətlə, heç bir mənimsəmə olmayıb, oliqarx sözü də mənim yoldaşıma yaraşmır. O, Qarabağ veteranıdır, 2 ali təhsili var, intellektual mədəni adamdır. Fariz bütün Azərbaycanı şüşə qabları ilə təmin edirdi, əlavə olaraq Gürcüstana və başqa ölkələrə də göndərir. Pis edirdi?”
N.Muradova qeyd edib ki, evlərində axtarış aparılıb: “Bizim evdə axtarış aparıldı, özləri də gördülər ki, bura oliqarx evi deyil. Siz onu oliqarx kimi təqdim edirsiz, amma o “oliqarx”ın bir maşını da yoxdu. Sadə bir evdə yaşayırıq, villamız filan yoxdu. Üç uşağımız var, yoldaşımın fotosunu da qoymusuz, bütün aləm bundan danışır. Mən uşaqlarıma nə deyim? Mən onlara deyim ki, yoldaşım quldurdu?”
Nərmin Muradova həyat yoldaşının həbsinə səbəb olan kreditdən danışıb və yoxlama aparılmasını tələb edib: “O təxminən 7 il öncə Beynəlxalq Bankdan kredit götürüb zavod tikdi. O kredit bağlandı, təzəlikcə başqa bir kredit götürüb. Bir sual vermək istəyirəm: Beynəlxalq Bankdan kredit götürmək qadağan olunubsa, desinlər, camaat işini bilsin.
Fariz zovud tikib 300-350 adamı işlə təmin etdi. İndi isə onun həbsindən sonra zavod fəaliyyətini dayandırıb. Həmin adamlar da maaşsız və işsiz qalıb. Kreditin ödəniş vaxtının bitməsinə 5-6 il var. Hər dəfə də krediti ödəyirdi, ola bilər aylıq ödənişlərdə gecikmə olurdu, amma ödəyirdi. Onu buraxsınlar, vaxt qoysunlar ki, filan müddətə kimi ödə, o da ödəsin. Zavodun fəaliyyətinə şərait yaradılsın, o da işləyib kreditini ödəsin. “İnter Glass”ın çox böyük debitor hesabları var. Şirkətin hesabından Beynəlxalq Banka 150 min ödəmişik. Amma yenə də yoldaşımı buraxmırlar. Bu nə vaxta qədər davam edəcək?”
Xəbəri paylaş
8328 dəfə oxunub.
Digər xəbərlər

16-04-2015, 01:22
“Necə qərar verirlərsə versinlər”
13-02-2019, 13:20
Qətlə yetirilən 18 yaşlı tələbə haqda YENİ FAKTLAR
17-02-2016, 18:51
Azərbaycanlı rəqqasə ad gününü saunada keçirdi (FOTO)
21-10-2016, 18:41
Uzun ömürlü olmaq üçün 6 TÖVSİYƏ
2-01-2023, 11:36
Gədəbəydə polis ehtiyatsızlıqdan özünü güllələdi
28-01-2022, 23:13
Müdafiə Nazirliyinin Hərbiçisi vətındaşın pulun mənimsəyir
14-10-2022, 17:52
Elmar Vəliyevin qardaşının dələduzluqla üzləşməsi ilə bağlı YENİ QƏRAR
29-08-2019, 14:41
"Axı mənim atla nə işim ola bilər?" — Daşkəsənin icra başçısı öldürülən atlardan DANIŞDI
1-01-2017, 18:24
İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü? - FOTO
6-03-2017, 12:26
Rusiyada xuliqanlığı "idman" növünə çevirmək çağırışı səslənib