Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı illik hesabat verdi - fotolar
Tarix: 17-01-2017 | Saat: 21:15
Bölmə:Karusel / Gündəm / Bizim seçim / M2 / Foto-fakt | çapa göndər

Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı illik hesabat verdi - fotolar

Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı ildəki fəaliyyəti barədə hesabat keçirilimişdir.

"Xəbəraz.az " xəbər verir ki, yanvar ayının 17-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 saylı orta məktəbində Hacı Zeynalabdin Bələdiyyəsi ictimaiyyətə illik hesabatını açıqlamışdır. Məktəbin akt zalında Hacı Zeynalabdin Bələdiyyəsi özünün 2016-cı ildə fəaliyyətinin nəticələri ilə bağlı keçirilən toplantısında Bələdiyyə fəalları, məhəllə komitələrinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri qarşısında geniş hesabat vermişdir.

Yığıncaqda hesabat mərüzəsi ilə çıxış edən Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov qeyd etdi ki, hesabat dövrü ərzində yerli büdcənin (bələdiyyə) gəlirləri - 56716 manat, o cümlədən 9717 manat torpaq vergisindən, 12748 manat əmlak vergisindən, 17701 manat torpaq icarə haqqından, 8250 manat torpaq sahəsinin alqı-satqısından və 8300 manat isə dövlət büdcəsi tərəfindən verilən dotasiyadan ibarət olmuşdur.
Əldə olunan gəlirdən 31194 manat əmək haqqına, 9717 manat DSMFonduna, Əmək haqqından tutulan gəlir vergisinə görə 1743 manat, 376 manat Silahlı Qüvvələrin Yardım Fonduna, 1800 manat Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asosasiyasına, 2320 manat aztəminatlı ailələrə maddi yardıma, Qurban bayramına 300 manat, 863 manat kommunal xərclərə və 9508 manat sair xərclərə (dövlət rüsumları, bank xidmətləri, audit xidmətləri, dəftərxana xərcləri, qəzet və jurnala abunə və s.) xərclənmişdir.
2016-ci ilin ərzində qəsəbə sakini olan 4 nəfərə ümumilikdə 0,132 ha torpaq sahəsi fərdi həyətyanı torpaq sahəsi kimi mövcud qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsnə əsasən satılmışdır.
Müqəddəs Qurban bayramı və Yeni il münasibəti ilə qəsəbədə tədbirlər keçirilmiş və bu tədbirlərdə qəsəbə İcra Nümayəndəliyi və Ağsaqqallar Şurasının üzvləri də yaxından iştirak etmişdir.
Qəsəbədə yaşayan əlil, aztəminatlı və imkansiz ailələr də daima diqqət mərkəzində olmuşdur. Bundan başqa fevral ayında Dədə Qorqud yaşayış massivində yanğın nəticəsində ev yanaraq tamamilə içindəki əşyaları ilə birlikdə külə dönmüşdür. Yerli İdarəetmə orqanı olaraq zərərçəkmiş şəxsə maddi yardım göstərilmişdir. Ümumilikdə tərəfimizdən 15 ailəyə maddi yardım göstərilmişdir.
Qəsəbə daxilində səliqə-səhman, yaşıllıq qorunub saxlanılır. Yeni yaşıllqların salınması və qorunub saxlanması yerli özünüidarəetmə orqanı sayılan Bələdiyyələr üçün həmişə prioritet məsələlərdən biridir. Mart-aprel-may aylarında digər müəssisə və təşkilatlarla birgə qəsəbə ərazisində mütamadi olaraq iməcliklər keçirilmişdir. Bu iməciliklərdə ağaclar əkilmiş, quru budaqlar budanmış və ağacların gövdələri əhəng ilə ağardılmışır. İyun ayından etibarən Bakı - Quba magistral yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində tərəfimizdən davamlı olaraq təmizlik işləri görülür.
Dəniz sahili ərazi daima diqqət mərkəzimizdədir. Kiçik Perekeşkül küçəsinin dəniz sahili hissəsində yaşayan vətəndaşlar və hərbi hissə tərəfindən atılan məişət və bərk tullantılar tərəfimizdən daşınmışdır. Bununla bağlı sahilyanı ərazinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdan ötrü həmin ərazidə yaşayan sakinlər arasında tərəfimizdən izahat işləri aparılmışdır.
31oktyabr – 05 noyabr 2016-cı il tarixində Yerli Demokratiya həftəsi keçirilmişdir.
Hesabat dövrü ərzində qəsəbə sakinləri tərəfindən bələdiyyəyə - 115 müraciət, o cümlədən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı - 32, maddi yardımla bağlı – 17, şikayət xarakterli - 8 və digər məsələlərlə əlaqədar - 58 müraciət daxil olmuşdur.
Qəbulda olanların sayı - 92 nəfər olmuşdur.
Keçən il ərzində bələdiyyənin - 13 iclası keçirilmiş və 55 qərar qəbul edilmişdir.


Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı illik hesabat verdi - fotolar
Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı illik hesabat verdi - fotolar
Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı illik hesabat verdi - fotolar


Xəbəri paylaş

8458 dəfə oxunub.

Digər xəbərlər
27-05-2018, 21:33 Xalq artistinə ağır itki

bütün xəbərlər
____ Instagram ___