Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbhədə əhalinin təhlükəsizliyi təmin edilib - Foto
Tarix: 04-02-2017 | Saat: 23:53
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Cəbhədə əhalinin təhlükəsizliyi təmin edilib - Foto

Ermənistan silahlı birləşmələri Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olurdu.

"Xəbəraz.az " xəbər verir ki, rayonun cəbhə zonasındakı yaşayış məntəqələrinin əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təmas xətti boyunca istehkam-mühəndis mühafizə qurğuları inşa edilib və torpaq sədləri çəkilib. Artıq cəbhə kəndlərinin sakinləri təhlükəsiz əkin-biçinlə, gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olur, əvvəllər düşmən tərəfindən daim atəş altında saxlanılan qəbiristanlığa rahatlıqla gedib-gələ bilirlər.

Cəbhə kəndinin sakini Elsanə Qasımova bildirib ki, düşmən kənd qəbiristanlığını daim atəşə tutduğundan insanlar ziyarətə gələ bilmirdi: “Camaat rəhmətə gedən yaxınlarını dəfn etmək üçün qəbiristanlığa gecə gəlirdi. Elə yerlər var idi ki, heç yaxınlaşmaq belə mümkün olmurdu. İndi isə ordumuzun sayəsində bu təhlükə aradan qaldırılıb. Rahat və təhlükəsiz gəlib qəbiristanlığı ziyarət edə bilirik”.

Digər kənd sakini Qorxmaz Səfərov isə artıq kənd təsərrüfatı ilə təhlükəsiz məşğul olduğunu deyib: “Düşmənlə məsafə çox yaxındır. Bizi gördükləri üçün açıq sahələrdə işləyə bilmirdik. Kənd təsərrüfatı texnikalarımız, mal-qaramız atəşə tutulurdu. Məcbur olub əkin-biçin işlərini gecə edirdik. İndi isə bu təhlükə yoxdur. Gördüyünüz kimi, əsgərlərimizə güvənərək təsərrüfatımızda rahat işləyirik”.

Cəbhədə əhalinin təhlükəsizliyi təmin edilib - Foto
Cəbhədə əhalinin təhlükəsizliyi təmin edilib - Foto
Cəbhədə əhalinin təhlükəsizliyi təmin edilib - Foto
Cəbhədə əhalinin təhlükəsizliyi təmin edilib - Foto


Xəbəri paylaş

8048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___