Fənn olimpiadalarının ilk mərhələsi keçirildi
Tarix: 15-01-2017 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Bu gün ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.
Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcək.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.
Xəbəri paylaş
6688 dəfə oxunub.
Digər xəbərlər

21-11-2017, 15:35
“BakuBus”ın avtobusu gənc qızı vurdu
24-12-2015, 22:55
Dağlıq Qarabağda Erməni əsgəri PKK bayrağına büküldü - VİDEO
17-08-2017, 23:14
Barselonada yük maşını kütləyə çırpıldı: 13 ölü - YENİLƏNİB
24-10-2020, 11:24
Düşmən Tərtəri atəşə tutdu, yeniyetmə həlak oldu
28-07-2017, 10:07
Ebru Gündeş qızı ilə tətildə - fotolar
7-10-2019, 18:57
"Real keys"lər adlı tədbir keçirilib
9-04-2018, 18:38
İlham Əliyev: “İslahatlar davam etdiriləcək”
4-10-2016, 16:10
Nadir Qafarzadə boşanma mövzusuna nöqtə qoydu: “Əzizlərim” – VİDEO
14-02-2016, 19:23
İŞİD-in 100 üzvü öldürüldü
10-11-2017, 21:05
Aynur Ədalətdən yeni FOTOSESSİYA