Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Barselonada yük maşını kütləyə çırpıldı: 13 ölü - YENİLƏNİB
Tarix: 17-08-2017 | Saat: 23:14
Bölmə:Karusel / Gündəm / Hadisə / Dünya / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Barselona teraktından son məlumat
İspaniyanın Barselona şəhərində bir nəfər avtomobili piyadaların üzərinə sürüb.
Şəhərin Las Ramblas bölgəsində baş verən hadisə nəticəsində 20 nəfərin yaralandığı bildirilir.
Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Hadisədən sonra polis ərazi nəzarətə götürülüb. Yaxınlıqdakı metro stansiyalarına giriş qadağan edilib. Əraziyə çoxlu sayda təcili yardım maşınları cəlb edilib.
İnsidentin terrorla əlaqəsinin olub-olmadığı araşdırılır.
***
İspaniya mətbuatı 13 nəfərin öldüyünü, 20-dən çox insanın xəsarət aldığını açıqlayıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
***
Terakt nəticəsində 50 nəfər xəsarət alıb.

***
Kataloniya hökumətinin hadisə ilə bağlı yaydığı açıqlamada 13 nəfərin öldüyü, 50 nəfərin isə yaralandığı qeyd olunub.
Bundan başqa, 1 nəfər şübhəli qismində saxlanılıb.
İspaniya Baş naziri Mariano Rajoy Brey və Parlament sədri Karme Forkadell əhaliyə səslənərək təşvişə düşməməyə və polislərin göstərişlərinə riayət etməyə çağırıblar.






Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___