Müəllimlər maaşlarını özləri hesablaya biləcəklər
Tarix: 28-12-2016 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunun üçün Təhsil Nazirliyinin internet saytının "Aktual keçidlər" bölməsindən "Onlayn kalkulyator" http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır.
"Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər. Müəllimlər "Onlayn kalkulyator" (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və "hesabla" düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər. Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əmək haqlarının onlayn kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur" - deyə məlumatda qeyd olunub.
Xəbəri paylaş
7858 dəfə oxunub.
Digər xəbərlər

23-12-2017, 12:34
“Dəmir Bank” ASC-nin FƏALİYYƏTİ DAYANDIRILDI
16-06-2017, 11:07
Vasif Talıbov iftar süfrəsi açdı - FOTO
2-05-2018, 09:24
Yeni sədr mətbuat xidmətini işdən azad etdi
1-05-2022, 10:32
Azərbaycanda intihar etmiş 8 yaşlı şagirdə gələn QORXUNC MESAJ: “Bu axşam səni öldürəcəyəm”
12-10-2016, 18:26
Başına 1 milyon qoyulmuşdu, öldürüldü - Türkiyədə
7-11-2015, 16:43
İlhamə Quliyeva xəstəxanada – FOTO
6-07-2018, 21:03
Güllələnən icra başçısını kim əvəz edir?
20-06-2017, 13:16
"WhatsApp" internetsiz də işləyir - Telefonunuzda bunu edin
13-05-2016, 22:14
FSB Estoniya casusunu ələ keçirdi
30-03-2019, 16:24
Bu gün Azərbaycanda bir neçə yerdə 1 saat işıq olmayacaq