Bir neçə gün əvvəl Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-in "Galaxy TAB A7" markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar.
Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də "3 days to die" və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq tabletin "Samsung Notes" bölməsində "salam, mən anabellayam və bu axşam səni öldürəcəyəm" məzmununda yazışma aşkar edilib.
Bütün faktlar toplanaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, məktəblinin anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.
Azərbaycanda intihar etmiş 8 yaşlı şagirdə gələn QORXUNC MESAJ: “Bu axşam səni öldürəcəyəm”
Tarix: 01-05-2022 | Saat: 10:32
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4638 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-05-2022 | Saat: 10:32
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
10-06-2016, 11:03
Hamilə qadın və doğulan əkizlərlə bağlı medianın ittihamlarına həkim Öndər Tulumbacının SƏRT CAVABI
30-03-2017, 16:37
"Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb" - Elza Seyidcahan
10-08-2019, 10:27
Zakir Həsənov Rusiyaya başsağlığı verib
18-01-2016, 15:52
Aldığı köhnə maşından 7 kisə dollar çıxdı - Video
22-03-2016, 11:57
Prezidentin bu hərəkəti ölkəni ayağa qaldırdı — FOTO+VİDEO
30-04-2015, 13:52
Məşhur modellərdən Malibuda seksual - FOTOSESSİYA
20-04-2017, 12:58
Azərbaycanda eşşək pendiri satılır - ŞOK QİYMƏT
25-07-2016, 17:04
Türkiyədə TERROR: ölənlər var!
10-06-2020, 16:29
Falçılar qadını aldadıb 400 min manat pulunu mənimsədilər