Döyüldüyünə görə boşanan Roza Zərgərli: "Övladım illərdir, atasını görmür"
Tarix: 28-12-2016 | Saat: 18:32
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
“Həyat yoldaşımın şiddətlərindən bezib, boşandım”.
Bu sözləri Lent.az-ın “Canlı yayım”ında olan müğənni Roza Zərgərli deyib: “Birinci həyat yoldaşımla mən başqa-başqa dünyanın adamları idik. Kimisi deyir ki, xasiyyətimiz tutmadı, ayrıldıq. Bu, yalan sözdür. Xarakteri uyğunlaşdırmaq olur. Mənim fikrimcə ailədə şiddət, güc olmamalıdır. Bu olursa, ailə olmaz. Hər halda bu şiddət tək tərəfli olmayıb. Buna mənim özüm səbəb yaratmışdım. Çünki vaxtında onun dediyi sözlə razı olub, sussaydım, öz haqqımı tələb etməsəydim, şiddət görməzdim. Həyatımda yaşadığım bütün şiddətləri işıq üzü görən kitabımda da dərc etdirdim. Həmin kitabı oxuyan xanımların bir çoxu sosial şəbəkədə mənə yazıb, çarə axtarırlar. Mən də çox sevinirəm ki, onlar bir böyük kimi məndən məsləhət alırlar”.
R.Zərgərli onu da əlavə edib ki, ilk həyat yoldaşından ayrılsa da, övladı atasını görə bilmir: “Onunla ayrılandan sonra illərdir övladım atasını görmür. Amma mən hər zaman istəmişəm ki, atasını görsün. Münasibət alınmayıb. Bu barədə çox danışmaq da istəmirəm”.
İfaçı şou-biznesdə olan durğunluqdan da söz açıb: “Şou-biznesdə yeni bir şey yoxdur. Niyə yoxdur? Çünki indi müğənnilər yeniliklərini “İnstagram” , “Facebook”da təqdim edirlər. Gördüyümüz işi dərhal orda paylaşırıq. Həm də indi maraq azalıb. Sosial şəbəkə müğənnini əl çatan edib".
Müğənni bu günə qədər şou-biznesdə yaşadığı qalmaqallara da toxunub: “Bu günə qədər bir qalmaqalım olub. O da təsadüfən büruzə verən qalmaqal olub. Qalmaqal etdiyim dövrdə kim olsaydı, belə söz-söhbət olacaqdı. Çünki sənətdə addımladığın zaman yolunu bağlayanlar çox olur və susursan, sonda bezib, cavab vermiş olursan. Aygün Kazımova ilə da qalmaqalımın səbəbkarı bir jurnalist olmuşdu. Özünə reklam qazanmaq üçün bu məsələni şişirtmişdi. Çünki jurnalistə müsahibəmdə bir neçə ifaçının adını çəkmişdim, amma o təkcə Aygün Kazımovanın adını işıqlandırmışdı”.
Xəbəri paylaş
6938 dəfə oxunub.
Digər xəbərlər

15-10-2016, 18:09
"Sədərək"də qeyri-adi oğurluq: Divarı söküb...
17-02-2017, 22:02
Bakı-Sumqayıt yolunda qəza: avtomobil qəfildən aşdı — VİDEO
10-08-2021, 15:42
Aktrisa xəstəxanaya yerləşdirildi: Bir ümidim var ki, sağalacağam
16-08-2021, 13:05
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ
6-05-2016, 12:45
Səfirlər cəbhə bölgəsinə yollandı - Foto
31-07-2021, 00:05
"Koroğlu" istiqamətində dəhşətli qəza tıxaca səbəb oldu - FOTO
19-02-2017, 21:51
“Sürpizlər çox olacaq”- Günel Ağayeva
20-08-2020, 10:34
“Lotu Quli”ni öldürən bu şəxs imiş
20-02-2016, 21:25
İnsanları şoka salan ruh görüntüləri (VİDEO +18)