Səfirlər cəbhə bölgəsinə yollandı - Foto
Tarix: 06-05-2016 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsində kəndində səfərdədirlər.
Bu barədə ANS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, əsas məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etməkdir.
"2 aprel tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də, Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyəti, xüsusilə də, Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədi daşıyır. Onlar bu erməni vəhşilikləri ilə bir daha da tanış olacaqlar. Proqramda diplomatik nümayəndiklərin rəhbərləri, hərbi attaşelər iştirak edirlər", - qurum rəsmisi bildirib.
Cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri də var.
Bundan əvvəl, yəni, aprelin 6-da da Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələri cəbhə bölgəsinə səfər ediblər.
Qrupa “Al Jazeera International”, “Komsomolskaya pravda”, “Reuters”, “Associated Press”, “France-Presse”, “Kommersant”, “Novaya vremya”, “Anadolu” agentliyi, TRT, İran və Çindən olan jurnalistlər daxil idi.
Səfər 1 gün davam edib. Onlar əsasən Füzuli, Tərtər və Ağdam istiqamətlərində olublar. Jurnalistlərin cəbhə xəttinə səfəri Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan təmas xəttində baş verən gərginliklərə görə qarşı tərəfin ağır silahlardan istifadə etməsi nəticəsində cəbhəyə yaxın ərazilərdə yerləşən kəndlərə ziyan dəyib. Onlar əsasən Füzuli, Ağdam, Tərtər və Goranboyun cəbhəyanı kəndlərini atəşə tutublar. Nəticədə dinc sakinlərin yaşadığı evlərə ağır artilleriya mərmiləri düşüb.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

12-05-2023, 14:32
"Həyat yoldaşıma dedim ki, səni başqa qadınla evləndirim"
30-10-2016, 15:23
Azyaşlı bacılar dəm qazından zəhərləndilər - Şirvanda
6-12-2018, 12:06
Uşaq ikən uşaq doğan anaların statistikası
10-01-2016, 20:26
Prezident: Neftdən asılılığı minimum səviyyəyə endirməliyik
3-09-2016, 14:25
Xırdalanda DƏHŞƏT: 9-cu mərtəbədən yıxıldı
24-04-2015, 20:44
“Qədim Bərdə və bərdəlilər”- Fotolar
24-09-2015, 23:54
Ayətullah Xamenei həcc ziyarətində baş vermiş faciə ilə əlaqədar 3 günlük matəm elan edib
21-04-2015, 21:43
Hacıqabulda “toy karvanı” qəzaya uğrayıb: 2 nəfər xəsarət alıb
12-10-2015, 12:55
Bu banklarda pul saxlamayın
28-09-2022, 10:50
“Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?