Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıdakı bu yolda sürücüləri Allah saxlayır - VİDEO
Tarix: 26-12-2016 | Saat: 17:10
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıdakı bu yolda sürücüləri Allah saxlayır - VİDEO


Bakının mərkəzində təhlükəli vəziyyət hökm sürür.

"Xəbəraz.az " xəbər verir ki, Neftçilər prospektində, ''PortBaku'' ilə üzbəüz avtomobillərin intensiv hərəkətdə olduğu yoldan dəmir yolu xətti keçir. Günün müxtəlf saatlarında həmin yoldan qatarlar hərəkət edir. Lakin həmin yolda nə tənzimləyici, nə də işıqfor var. Qatar keçən zaman tənzimləyici olmadan sürücülər özlərini təhlükəyə atmaqdan çəkinməyərək sürətlə qatarın qarşısından keçərək yollarına davam edirlər. Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirdi ki, həmin yolda bir müddət əvvəl ağır qəza olmuşdu. Məhz bundan sonra yolda işıqfor qoyuldu. Bölmə rəisinin sözlərinə görə, həmin əraziyə baxış keçiriləndən sonra dəqiq fikir söyləmək və nəticəyə gəlmək mümkündür.
Bu gün avtosfer.az da Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədovla birlikdə həmin ərazidə olub, vəziyyəti aydınlaşdırıblar. Məlum olub ki, ərazidə yola birləşən 7 dəmiryolu keçidi olsa da, onlardan hazırda yalnız 2-si işlək haldadır. Onların da hər birindən əvvəl yol nişanı və svetofor quraşdırılıb. Vaqif Əsədov bildirib ki, işləyən 2 xətt də bağlanacaq. Hazırda Dəniz Limanında gedən təmir işi ilə bağlı tikinti materiallarını daşıyan qatarların hərəkətinə tezliklə son qoyulacaq: "Hələlik isə nişanlar var və sürücülər nişanı gördükdə dərhal sürəti azaltmalı və təhlükəsizlik tədbirləri görməlidirlər".




3318 dəfə oxunub.

Digər xəbərlər
16-10-2018, 10:28 Nar qabıqlarını atmayın
22-06-2015, 18:31 PREZDENTİN REKORDU

bütün xəbərlər
____ Instagram ___