Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ
Tarix: 23-11-2016 | Saat: 16:47
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ


Gözəl və zəif görünmə arzusu təəssüf ki, bəzən sağlamlıq problemlərinə gətirib çıxarır. Son dövrlərin dəbi sayılan dar geyimlər üzərində aparılan araşdırmalar bununla bağlı təhlükəli məqamlar ortaya çıxarıb. "Xəbəraz.az "-ın məlumatına görə, mütəxəssislər aşağı belli və dar geyimlərin qasıq bölgəsində ciddi problemlər yaratdığını deyirlər. Belə ki, aşağı bel və dar şalvarlar qasıq bölgəsində sinir gərginləşməsinə səbəb olur. Bunun nəticəsində isə ayaqlarda hiss itkisi yaşanır.

Dəbi təqib etmək uğrunda əzab çəkən insanlar bud bölgəsində “meralgiaparesthetica” adı verilən sinir gərginləşməsi yaşayır. Bunun nəticəsində də ayaqların hiss etmə imkanı məhdudlaşır.

Ayaqlarını bir-birinin üstünə atan, dar şalvar geyinən insanlarda və şəkər xəstələrində “meraljiaparestetika” problemi müşahidə edilir. Ayaqlarda keylik, yanma və ağrı kimi əlamətlərlə özünü göstərir.

“Meraljiparestetika” beldən aşağı, qasığa doğru enən sinirin möhkəm şalvar, kəmər və ya korset ilə sıxışması nəticəsində yarana bilər. Bu sinir gərginləşməsi bud bölgəsində keyimə yaradır.

Dar geyimlər bədəndə qan dövranını pozur. Təbii ki, bunu bütün dar şalvar geyinənlərə şamil etmək olmaz. Bu, insanın əzələ quruluşu, toxuması və sinirlərin keçdiyi kanalın darlığına əsasən dəyişə bilər.


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___