İtkin düşmüş məktəblidən xəbər var - YENİLƏNİB
Tarix: 03-11-2015 | Saat: 16:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
14:02
Astara Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ruslan Şəbiyev Milli.Az-a deyib ki, Şahid Əzizov oktyabrın 31-də, yəni itkin düşdüyü elan ediləndən 6 gün sonra tapılıb. Amma üstündən 3 sutkadan da çox vaxt keçməsinə baxmayaraq, onu dindirmək mümkün olmayıb: "Uşaq yolu özü tapıb, evə gəlib. Amma psixoloji sarsıntı keçirdiyindən hələlik heç nə danışmır. Şahid Əzizovun meşədə harada olması, necə sağ qalması, qidalanması, eləcə də danışmamağının qorxudan və ya başqa səbəblərdən olduğu barədə hələlik heç nə bilmirik. Hazırda uşaq evindədir, amma ciddi həkim nəzarəti altındadır və həkimlər onun heç kimlə, o cümlədən polislərlə ünsiyyətinə icazə vermirlər".
----------
12:41
Astarada bir həftə əvvəl itkin düşmüş uşaq tapılıb.
APA-nın xəbərinə görə, oktyabrın 26-da səhər saat 10 radələrində rayonun Rinə kəndində kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov qoz yığmaq məqsədilə meşəyə gedib və bir daha geri qayıtmayıb.
Şahid Əzizov 10-cu sinif şagirdidir. Onun 3 bacısı var. Atası Kərəm Əzizovun sözlərinə görə, Şahid evdən çıxan zaman hava dumanlı olub.
Uzunmüddətli axtarış tədbirləri isə nəticə verməyib.
Milli.Az-ın əldə etdiyi məlumata görə isə meşədə itkin düşmüş 16 yaşlı Şahid Əzizov artıq tapılıb. Astara Rayon Polis Şöbəsindən Milli.Az-a bildiriblər ki, 10-cu sinif şagirdi Ş.Əzizovun itkin düşdüyü barədə məlumat daxil olandan sonra onun axtarılıb tapılması üçün tədbirlər həyata keçirilib, amma axtarışlar heç bir nəticə verməyib. Amma 2 gün əvvəl Şahid Əzizov tapılıb. İlkin ehtimala görə, hava dumanlı olduğundan uşaq meşədə azıb və geriyə qayıtmaq üçün yolu tapa bilməyib.
Rinə kənd icra nümayəndəliyindən Milli.Az-a bildiriblər ki, hazırda uşağın yanına kənar şəxslər buraxılmırlar. Onun hadisədən sonra güclü psixoloji sarsıntı keçirdiyi deyilir. Hazırda Ş.Əzizovun itkin düşməsi səbəbləri, həmçinin bir neçə gün ərzində soyuq havada meşədə tək-tənha harada və necə daldalandığı və nə ilə qidalandığı araşdırılır.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

29-02-2016, 11:07
Neftin qiyməti 35 dollar oldu
2-04-2017, 12:14
Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər
31-05-2016, 12:57
Elektrik cərəyanı daha bir can aldı
2-09-2020, 18:12
Neymar koronaya yoluxdu
15-02-2023, 11:33
Bugündən mobil telefonların qeydiyyatı sərtləşdirilir
11-09-2020, 19:53
Bu əkizlər hamını təəccübləndirdi
2-04-2015, 13:06
Polis rəisinin oğlu cəzalandırıldı
15-04-2019, 15:42
"Bizim Market" mağazalar şəbəkəsinin sahibi VƏFAT ETDİ
6-12-2018, 17:41
2 ildə 175 kiloqram arıqladı