Ukraynada azərbaycanlı iş adamının azyaşlı oğlu amansızlıqla döyüldü
Tarix: 05-11-2016 | Saat: 21:56
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ukraynanın Xarkov şəhərində Azərbaycan əsilli iş adamı, Ukrayna ordusunun ehtiyatda olan general-leytenantı Vüqar Ələsgərovun azyaşlı oğlu etnik zəmində hücuma məruz qalaraq amansızlıqla döyülüb. Bu barədə APA-ya V. Ələsgərov özü məlumat verib.
O bildirib ki, 1-ci sinifdə oxuyan oğlu təhsil aldığı Xarkov şəhəri 71 saylı orta məktəbdə naməlum şəxslərin hücumuna məruz qalıb.
V. Ələsgərovun sözlərinə görə, oğlu amansızlıqla döyülüb, ona müxtəlif bədən xəsarətləri yetirilib.
“Hadisə barədə mənə həyat yoldaşım məlumat verdi. Dərhal özümü hadisə yerinə yetirdim. Körpə uşağı qəddarcasına döyüblər. Oğlumun dişləri sındırılıb, bədəni və başından xəsarətlər alıb. Mən məktəbin direktoru Olqa Vorobyovadan hadisə haqda məlumat almaq istəyərkən o mənim üstümə yuxarı sinif şagirdlərini çağırıb, hədə-qorxu gəlməyə başladı. Direktor “Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?!” dedi. Mən düz 30 il Ukrayna ordusunda xidmət etmişəm. Hadisə barədə polisə də məlumat vermişəm. Lakin polis məsələyə laqeyd yanaşır. Biz bunu özümüzə qarşı basqı kimi qiymətləndiririk” – deyə V. Ələsəgərov qeyd edib.
Xəbəri paylaş
6858 dəfə oxunub.
Digər xəbərlər

24-02-2023, 10:47
Azərbaycanda “Trendyol”a məhdudiyyət qoyula bilər
13-07-2015, 13:21
Merkel: “Yunanıstanın borcu silinməyəcək“
30-04-2015, 12:19
Mətbuat Mərkəzində “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək:
18-10-2015, 00:23
Samin Dəniz xeyriyyə konserti ilə uşaqları sevindirdi
2-07-2015, 22:23
Məşhur rusiyalı ifaçı Qarabağda (VİDEO, FOTO)
15-06-2016, 20:04
Türkiyə-Rusiya yaxınlaşması: Səfir Ərdoğanla görüşə gəlir
2-02-2016, 11:30
Gəncədə yaşlı kişi borca görə damarlarını doğradı
29-01-2016, 16:38
Tanınmış aktrisa: “Quş beyinli” kişilərlə yox, ağıllı kişilərlə yatmaq istəyirəm” (FOTO)
5-07-2015, 22:52
Səudiyyə Ərəbistanı Yəməndə bazarı bombaladı
7-11-2016, 14:31
Bakıda klassik avtomobillərin paradı keçiriləcək