Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mətbuat Mərkəzində “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək:
Tarix: 30-04-2015 | Saat: 12:19
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Mətbuat Mərkəzində “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək:

Hazırda Beynəlxalq Mətbuat Mərkəzində “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası” “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilir.


Xeberaz.az xəbər verir ki, tədbiri açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da güclənir:

“Bu günlərdə “APA Holdinq”in araşdırdığı sənəddə hər şey açıq-aşkar bəlli olur və sənəddə ciddi faktlar ortaya qoyulub. Bütün bunlar da, sözsüz ki, qərbin ikili standartlarından irəli gəlir. Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək”.

Millət vəkili Zahid Oruc deyib ki, müstəqillik dövründə çoxlu müxtəlif hadisələrlə rastlaşmışıq: “Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlarla ortaya çıxıb. Bu əminəm ki, iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var. Səbəb nədir ki, artıq ABŞpərəstlik, ABŞ yönümlü olmaq böyük bir təhlükəyə çevrilib? Düşünürəm ki, bu Azərbaycan hakimiyyəti ilə bağlı deyil. ABŞ hazırkı dünya siyasəti ilk növbədə onun demokratikləşmə siyasətinə və Azərbaycanla olan münasibıtlərinə zərər vurur. ABŞ artıq öz tərəfdarlarını itirməkdədir. Azərbaycanı cəzalandırmaq siyasəti qərbin maraqlarına daha çox zərbə vuracaq”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, qərb ölkələri özlərini demokratik inkişaf etmiş bir ölkələr hesab edirlər: “Onlar hesab edirlər ki, bəzi ölkələrdə insan hüquqları sahəsində ciddi nöqsanlar var. Lakin araşdırmalar göstərir ki, onların özlərində çox ciddi nöqsanlar var. Onlar bunu görmürlər”.


Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
16-08-2015, 14:16 Elçin Cəfərov-Əziz Atam

bütün xəbərlər
____ Instagram ___