Faiq Ağayev: "Zanqeyarım" – VİDEO
Tarix: 17-10-2016 | Saat: 13:26
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Təbriklər | çapa göndər
Xalq artisti Faiq Ağayev repertuarına yeni bəstə daxil edib.
"Xəbəraz.az "-ın məlumatına görə, F.Ağayev “Zanqeyarım” adlı Talış xalq mahnısına ikinci həyat verib, onu yeni versiyada oxuyub. Mahnının Azərbaycan dilində mətni üzərində Vahid Əziz, aranjimanını isə Cavid Şirinov edib.
Xatırladaq ki, bu bəstəni geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov təqdim etmişdir.
( https://youtu.be/wI41_haXvyo )
Qeyd edək ki, "Zanqeyarım" talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, bicarda işləyərkən oxuyarmışlar. Azərbaycanın cənub bölgsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimlərin əksidir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini sübut edir.
Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır.
"Zanqeyarım" mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilib. Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri var. Mahnı ilə bağlı araşdırmaları isə gənc tarixçi Rəzzaq Xansıvo edib.
Xəbəri paylaş
1 2838 dəfə oxunub.
Digər xəbərlər

25-08-2016, 17:43
Azərbaycanlı ana oğlunu zəhərlədi, özü öldü
15-05-2022, 11:27
Bu tarixdə hava dəyişəcək: Yağış yağacaq, külək əsəcək
12-07-2016, 15:06
5 mərtəbəli binadan yıxılan qadın sağ qaldı-Sumqayıtda
1-02-2022, 11:35
Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları
1-04-2017, 11:43
"Ermənilər "alınmaz qala"nı qoyub qaçdılar" - Azərbaycanlı zabit
29-10-2016, 19:24
Ərdoğan: “Yaxında edam cəzası gəlir”
14-04-2016, 12:39
Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
22-09-2017, 16:25
Limon qabıqlarını atmayın! Faydaları
21-05-2022, 11:33
Uşaqlar zəkanı kimdən alırlar: atadan yoxsa anadan?
14-10-2016, 11:29
Türkiyədə 4 general sərbəst buraxıldı