Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı ana oğlunu zəhərlədi, özü öldü
Tarix: 25-08-2016 | Saat: 17:43
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanlı ana oğlunu zəhərlədi, özü öldü

İranın Təbriz şəhərində Azərbaycan vətəndaşları olan ana və oğlu intihara cəhd edib.

"Report”un xəbərinə görə, onların hər ikisi Təbrizdəki Sina xəstəxanasına yerləşdiriliblər.

Bu şəxslərin 1966-cı il təvəllüdlü İbrahimova Əsli Ayəddin qızı və onun oğlu 2002-ci il təvəllüdlü İbrahimov Hüseyn Vəzir oğlu olduğu müəyyən edilib.

Sağ qalmış 14 yaşlı Hüseynin dediyinə görə, anası əczaxanadan dərman alıb, əvvəlcə ona içirib və daha sonra özü içib. Uşağın vəziyyətinin ağırlaşdığını görən anası özü onu xəstəxanaya gətirib. Xəstəxanada ananın da vəziyyəti ağırlaşıb. Ə.İbrahimova üç gün xəstəxanada huşsuz vəziyyətdə qalıb və sonra orada vəfat edib.

Hüseyn İbrahimov hər şeyi anasının etdiyini, İranda qalmaq istədiyini və İrandan deportasiya edilməmələri üçün bu addıma əl atdığını deyib. O, Azərbaycanda heç bir qohum və yaxınları ilə əlaqəsinin olmadığını, anasının uzun illərdir qohumları ilə əlaqə saxlamadığını, qohumlarının ünvan və telefon nömrələrini bilmədiyini, anasının əslən Şamaxıdan olmasına baxmayaraq İrana gəlməmişdən öncə Lənkəranda yaşadığını bildirib. Məlum olub ki, İbrahimova Əsli 2015-ci ilin oktyabrından İrana gedib. O, depressiv xəstəliklərdən əziyyət çəkdiyinə görə psixotrop dərman qəbul edirmiş. İranda qanunla nəzərdə tutulmuş müddətdən artıq qaldığı üçün İranın müvafiq orqanları tərəfindən cərimələnib. Növbəti addım kimi o, İrandan deportasiya ediləcəkmiş.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev "Report”a açıqlamasında faktı təsdiqləyib. O, Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna İran İslam Respublikasının dövlət orqanları tərəfindən bu məlumat daxil olan kimi konsulluğun əməkdaşlarının xəstəxanaya gedərək vətəndaşların vəziyyəti ilə tanış olduqlarını və onların şəxsiyyətinin müəyyən edildiyini bildirib. H.Hacıyevin sözlərinə görə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xətti ilə vəfat etmiş vətəndaşın Azərbaycanda bir nəfər yaxın qohumu müəyyən edilib: "Anası vəfat etmiş uşağa Baş Konsulluğun əməkdaşları tərəfindən bu müddət ərzində lazımı qayğı və diqqət göstərilib. İran İslam Respublikasının dövlət orqanları, xüsusilə bu ölkənin Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin dəstəyi ilə bütün sənədləşmələr aparılıb və cənazənin və uşağın İrandan çıxarılaraq, ölkəmizə gətirilməsi və 21 avqust tarixində qohumuna təhvil verilməsi təmin edilib”.

H.Hacıyev əlavə edib ki, xaricdə Azərbaycan Respublikası vətəndaşlarına qanun çərçivəsində konsulluq dəstəyinin göstərilməsi XİN-in fəaliyyətinin prioritet istiqamətlərindən biridir.


Xəbəri paylaş

9328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___