Cüdoçularımız İspaniyada tarix yazdılar
Tarix: 18-09-2016 | Saat: 21:33
Bölmə:Karusel / İdman | çapa göndər
İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib.
Azərbaycan milli seçmə komandası yarışda tarixi uğura imza atıb. Gənc cüdoçularımız Böyük Britaniya və Ukrayna yığmalarını məğlub edərək yarımfinala çıxıblar. Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komandamız tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalında iştirak etmək hüququ əldə edib. Gürcüstan millisinə qarşı olan həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə güclü rəqibinə 2:3 hesabıyla uduzan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb.
Xatırladaq ki, yarışın ilk günündə Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) Azərbaycan millisinə qızıl medal qazandırıblar.
Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunub.
Xəbəri paylaş
9578 dəfə oxunub.
Digər xəbərlər

22-08-2016, 14:54
Avtoritetlər Lənkəranskinin məzarını ziyarət etdi - VİDEO
28-09-2017, 12:20
Ermənilərdən İrana xəyanət
5-04-2017, 20:59
Qadının başına ətçəkən maşın düşdü - Qazaxda
16-05-2018, 11:29
Elza Leyla Əliyevanın sözlərinə mahnı bəstələdi - Video
20-12-2016, 16:10
Almaniyada naməlum şəxs insanlara atəş açıb - Ölən var
2-04-2015, 18:58
Limon yağının faydaları
18-10-2016, 11:51
Prezident: ""Türk axını"nı hər zaman dəstəkləmişik"
9-03-2022, 09:39
Ukraynada dörd azərbaycanlının öldürülməsinin təfərrüatı: “Gözümün qabağında vurdular” - VİDEO