Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilərdən İrana xəyanət
Tarix: 28-09-2017 | Saat: 12:20
Bölmə:Karusel / Siyasət | çapa göndər


"Aha, xoruzun quyruğu göründü. Dağlıq Qarabağ separatçılarının "Xarici İşlər Nazirliyi" bəyanat yayaraq Kürdüstanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumu dəstəklədiyini bəyan etdi. Bəyanatda bu cümlə yer alır: "Kürdüstanın müstəqilliyini qazanması onun müstəsna hüququdur". Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib özü isə susur. Çünki Ermənistan XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərlə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür. Kürdüstana görə İranla münasibətləri gərginləşdirmək isə Ermənistanın başını ağrıda bilər. Buna görə də İrəvan Qarabağdakı tərəfdarlarını irəli verib".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, ermənilərin Kürdüstana dolayısı ilə dəstəkləməsi İrana xəyanətdir: 

"Əslində, biz bu amildən istifadə edərək Tehrandan soruşa bilərik ki, budurmu sıx təmasda olduğun ermənilərin sənə töhfəsi? İrəvanın Kürdüstana dəstəyi İranın parçalanmasına dəstək deməkdir. Bu vəziyyətdə Azərbaycan XİN-nin bu mövzuda kiçik bir açıqlama verməməsi də təəssüf doğurur. Cənablar, İraqın ərazi bütövlüyünü birmənalı dəstəklədiyinizi və şimali İraqdakı referendumun yanlış olduğunu açıqlayın, ermənilərin ikili oyun oynadığını faş edin. Belə bir açıqlama həm də ona görə lazımdır ki, yerli milli azlıqların azsaylı radikalları şimali İraqdakı referendumdan həvəslənməsinlər".(milli.az)


Xəbəri paylaş

1 1118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___