Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İndi bizim padşahımız sizsiniz...” - Vahid Mustafayev
Tarix: 02-09-2016 | Saat: 16:50
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“İndi bizim padşahımız sizsiniz...” - Vahid Mustafayev

“ “İndi bizim padşahımız sizsiniz...” - Vahid Mustafayev
Siyasət 02.09.2016 | 16:42 Oxunma sayı: 988
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM"in lisenziyasının ləğv edilməsi və ANS TV-nin fəaliyyətinin 1 ay müddətinə dayandırılması barədə Milli Televiziya və Radio Şurasının qərarlarından verilən şikayətə baxılır.

"Qafqazinfo"nun məhkəmədə iştirak edən əməkdaşının məlumatına görə, proses başlayıb. ANS rəhbərliyi Vahid Mustafayev və Mirşahin Ağayev başda olmaqla kanalın bir çox əməkdaşı iclasda iştirak edir.

"ANS ÇM"in lisenziyasının ləğv edilməsi qərarından verilən şikayət üzrə keçirilən prosesdə iddiaçı tərəfin vəkili Raqib Mustafayev vəsatətlə çıxış edib. Bildirib ki, cavabdeh MTRŞ-nın hərəkətləri nəticəsində şirkətə külli-miqdarda maddi zərər dəyib: "Bizim 1000-ə yaxın əməkdaşımız işsiz qalaraq əmək haqqını ala bilməyir. Biz işin Ali Məhkəməyə gedəcək müddətə dözmək fikrimiz yoxdur. Ona görə də xahiş edirik ki, müvəqqəti olaraq 18 iyul tarixli qərarın ləğv edilməsi və ANS ÇM-in fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul edəsiniz".

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmıdov vəsatətə münasibət bildirərək təmin edilməməsini istəyib.

V.Mustafayev deyib ki, onlara heç bir qərar təqdim edilmədən polislər binaya gələrək qapıları bağlayıb: "Biz bu gün binaya daxil ola bilmirik, avadanlıqlarımızı götürə, onlara qulluq edə bilmirik. Hətta xadimələrimiz belə ora girib təmizlik işi apara bilmir. Prezidentin 1 iyun 2016-cı il tarixli sərəncamı ilə lisenziyanın ləğv edilməsi səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilib. Bu qurum necə ola bilər ki, bizim lisenziyanı ləğv etsin? Hər kəsə bildirirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar. Ki, sabah xalq onlardan hesab soranda, onun qarşısında utanmasınlar".

ANS ÇM-in lisenziyasının ləğv edilməsi barədə qərar məhkəmədə iddiaçı tərəfə təqdim edilib.

Vəkil bildirib ki, "ANS Kommers" şirkəti ANS ÇM-in reklam işləri ilə məşğul olub və maddi tərəfdən təmin edib. "ANS Kommers" 18 iyul qərarından sonra reklamlar efirə verilə bilməyib və müştərilər qarşısında borclu qalıb.

V.Mustafayev deyib ki, beynəlxalq şirkətlərin də hüquqları pozulub: "Biz hələ ki onların bu işə qarışmasının qarşısını alırıq və onlara deyirik ki, bizim dövlət bu işi həll edəcək. "ANS Kommers" şirkətinə yüz minlərlə dollar dəyərində ziyan dəyib".

İddiaçı tərəf "ANS Kommers" şirkətinin və "ANS ÇM"in təsisçisi "ANS Şirkətlər Qrupu"nun üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatətləri təmin etməyib.

Vəkil Raqif Mustafayev çıxış edərək deyib ki, məhkəmənin ədalətliliyə, qərəzsizliyinə şübhə edirlər: "Xahiş edirik, sizə etiraz vermək üçün bizə vaxt verəsiniz".

V.Mustafayev çıxış edərək deyib ki, hakim vəsatətləri rədd edərkən heç bir izahat vermir: "Biz bilmək istəyirik hansı səbəblə vəsatətləri rədd edirsiz? Bizim günahımız nədir? Bu adam (MTRŞ aparat rəhbəri Toğrul Məmmədov - red.) ayağa durub nəsə deyir, ona deyirsiz düzdü. Biz deyirik, rədd edirsiz. O adam nə desə düz olur? Burada ciddi bir proses gedir. Siz dövlət imtahanı verirsiz. Biz xarici holdinqləri, “Proctel&Gembl", "Mars", "Snikers" kimi holdinqləri Azərbaycana dəvət etmişik, gəlib ölkəyə sərmayə qoyublar. İndi onlar bizdən pullarını tələb edirlər. Mən onlara nə cavab verim? Onlar sabah digər televiziyalardan, radiolardan da pullarını çəkəcəklər. Çünki artıq inanmırlar. Bizə deyirlər ki, necə ola bilər bir günün içində televiziya bağlansın? Bizə kömək edin, onlara bir cavab verək. Heç kim bizi öldürmək istəmir, olsaydı indi ikimiz də türmədəydik. Bizim digər şirkətlərimiz işləyir, hər şey də yaxşıdı. Bu ölkədə bizim düşmənimiz yoxdur. Amma əməkdaşlarımız arasında ailə üzvləri xəstə olanlar var. Sevda xanımın anası xərçəng xəstəsidir, hər gün onun qanını dəyişirik. Cənab hakim, indi bizim padşahımız sizsiniz. Bizi öldürməyin, sabah yenə bizə ehtiyacınız ola bilər. Çingiz Mustafayevin oğlu Fuad Musyafayev burdadı, ona deyin görək, radio niyə bağlanıb?".

İddiaçı tərəf bu gün əldə etdikləri qərarla tanış olmaq, həmin qərarla bağlı əlavə sənədlər təqdim etmək üçün vaxt istəyib.

Fasilə elan olunub.

“İndi bizim padşahımız sizsiniz...” - Vahid Mustafayev

“İndi bizim padşahımız sizsiniz...” - Vahid Mustafayev



1 1188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___