Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Obamaya məktub göndərdi
Tarix: 14-06-2016 | Saat: 12:55
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

İlham Əliyev Obamaya məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib.

"Xəbəraz.az " məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı.

Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşmişdir. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
8-05-2016, 21:38 Nazarbayev Moskvaya getdi

bütün xəbərlər
____ Instagram ___