Bakıda bu yollar bağlanacaq - Kino çəkilir
Tarix: 18-08-2016 | Saat: 22:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Bakı" adlı filmin çəkilişləri ilə əlaqədar paytaxtın bır sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Avtosfer.az-a Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb. Bakı şəhər DYPİ əhalinin və avtomobil sahiblərinin əvvəlcədən nəzərinə çatdırır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq: "Avqustun 20-də qısa müddətə Qoşa Qala qapısı yanından Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinədək olan hissəyə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən "beşmərtəbə" adlanan əraziyə tərəf yönəldiləcək.
Avqustun 21-də isə Neftçilər prospektinin Bayraq meydanından Azadlıq meydanınadək olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, nəqliyyat vasitələri Bayraq meydanından Bayıl və 20-ci Sahə istiqamətinə, həmçinin Səbail rayonu Yanğından Mühafizə Hissəsinin inzibati binasının qarşısından Bayıl qəsəbədaxili yollara yönəldiləcək. Bundan əlavə, Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətində hərəkət edənlər üçün Zərifə Əliyeva küçəsi ilə kəsişmədən sola, həmçinin Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Rəsul Rza küçəsi istiqamətində hərəkətə məhdudiyyət qoyulacaq. Bakı Şəhər Yol Polisi İdarəsi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, filmin çəkilişləri tam başa çatanadək qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alıb alternativ yollarla hərəkət etsinlər.
Bundan əlavə, avqustun 21-i, eləcə də 24, 25, 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub".
Xəbəri paylaş
9398 dəfə oxunub.
Digər xəbərlər

21-12-2021, 10:56
"Ərdoğan danışır, dollar bahalaşır" deyənlər... - Başbuğ
3-05-2016, 15:33
Erməninin müdafiə etdiyi Zeynalov dissident obrazında
29-12-2020, 02:23
"Əli Həsənov dedi ki, ermənilər səndən şikayət edir...“
16-04-2017, 11:03
Səhnədə olmaq ayrıdır, sürünmək ayrı – Xalq artisti
16-09-2016, 18:14
Bakıda "KFC"də 3 uşaq zəhərləndi - YENİLƏNİB - FOTO - VİDEO
11-06-2015, 15:05
İlham Əliyev San-Marinonun başçılarını qəbul etdi
16-05-2019, 16:14
Bakı Meriyası Qarabağ mitinqinə icazə vermədi
15-01-2023, 11:44
Naxçıvanda kommunistlər üçün inşa edilən abidə söküldü - FOTO
8-06-2018, 10:07
Dilarənin maşınından 2 min manat oğurladılar