Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməninin müdafiə etdiyi Zeynalov dissident obrazında
Tarix: 03-05-2016 | Saat: 15:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Erməninin müdafiə etdiyi Zeynalov dissident obrazında
Ötən həftə ölkə mediasının gündəmini zəbt edən mövzulardan biri də indiyədək adı müxtəlif qalmaqallarda çəkilən vəkil Ramiz Zeynalovun keçmiş fəaliyyəti ilə bağlı açıqlamalar və İrəvandakı erməni dostlarının onun müdafiəsinə qalxması oldu.

Avropa.info xəbər verir ki, Azərbaycanın onlarla internet media resursunda yerləşdirilmiş yazılar bu şəxsin “portret çizgiləri”ni müəyyələnəşdirir, onun vəkillik karyerasının ən müxtəlif mərhələlərini göz önündə canlandırır. Əslində, mətbuatdakı çıxışları ilə özünü “məmurlara qarşı kəskin mübarizə aparan hüquqşünas” və “Buzovnadakı kafesi sökülmüş, mülkiyyət hüquqları pozulmuş vətəndaş” kimi qələmə verən R.Zeynalovun vəkillik fəaliyyətinin ifşasına yönəlmiş bu yazıları, köhnə erməni dostlarından birinin Ermənistan saytlarında yerləşdirilmiş məktub-açıqlamasını, ən başlıcası isə Feysbuk sosial şəbəkəsində onun özünün həmin yazılar və açıqlama barədə rəylərini diqqətlə oxuduqca, çox ilginc qənaətlərə gəlmək mümkündür.

Bu qənaətlərə keçməzdən əvvəl qeyd edək ki, Xəzər rayonunun Buzovna qəsəbəsində bir neçə il bundan əvvəl aparılan tikinti-abadlıq işləri zamanı R.Zeynalova məxsus kafenin də söküldüyünü bilməyən yoxdu. O da məlumdur ki, ümümtəhsil məktəbinin həyətinə bitişik kafeyə görə təklif edilən kompensasiyaya razılaşmayaraq, məhkəmə iddiası qaldırmış “biznesmen-vəkil” bəzi media qurumlarını da öz “hüquqları”nın müdafiəsinə cəlb edib və bu zaman mülkiyyət iddiasını normal şəkildə əsaslandırmaq əvəzinə, müxtəlif vəzifəli şəxsləri günahkar çıxarmağa, onlara qarşı qarayaxma kampaniyası aparmağa başlayıb.

Kampaniyanın məqsədi aydındır: istər hüquq müstəvisində, istərsə də mənəvi baxımdan iddianı uduzacağını, bəlkə də qanunazidd yollarla ələ keçirdiyi, amma qanuni şəkildə rəsmiləşdirə bildiyi əmlakın (kafenin) əvəzinə milyonlar qazanmaq xəyalının puça çıxacağını anlayan R.Zeynalov ictimaiyyəti çaşdırmağa, məhkəməyə təzyiq göstərməyə çalışır. Lakin, deyəsən, bu cəhdlər də uğur gətirmir...

Belə olduğu halda, görünür, təcrübəli vəkil öz cildini dəyişməyi: guya ictimai təqibə və təzyiqə məruz qaldığını, kimlərinsə sifarişi ilə mediada “ifşa olunduğunu” sübut etməyi qərara alıb. İnternet-media resurslarında ötən həftə birdən-birə başlanmış kampaniya belə bir qənaətə gəlməyə əsas verir. yetərincə populyar imicə və tirajlı ada sahib olan Ramiz Zeynalov özü haqqında hər hansı bir yazının sürətlə yayılacağını yaxşı bilir. Axı onun adının çəkildiyi, açıqlamalarının yer aldığı xəbərlər dəfələrlə ölkə mediasının bir neçə günlük menyüsünü müəyyənləşdirib.

“Dələduz vəkil yenidən səhnəyə qayıdır”, “Terrazini ləqəbli vəkilin qəlyanaltı davası”, “Terrazini Buzovnadakı kafeni necə ələ keçirmək istəyir?”, “İblisin vəkili Ramiz Zeynalovla bağlı dəhşətli açıqlama” və s. başlıqlar altında gedən eyni mətndə, əslində, qəhrəmanımızın keşməkeşli karyerasının onun özünə sərf edən bir neçə mühüm məqamı da öz yerini tutub. Belə ki, həmin yazılarda siyasi müxalifətə yaxınlığı ilə seçilən “mübariz vəkil” obrazını da görmək çətin deyil. Özü haqqında mətbuatda belə sifarişli yazılar dərc etdirmək bir vaxtlar çox dəbdə idi. Çünki dissident kimi xaricdə siyasi sığınacaq almaq istəyənlərə bu arqumentin xeyli köməyi dəyirdi.

Bəs Ramiz Zeynalovun da belə “arqument”ə ehtiyacı varmı?

Bu barədə bir qədər sonra...

Yuxarıda adı çəkilən yazıların “şok”u səngiməmiş, qalmaqallı vəkillə bağlı daha bir “media bombası” partladılır: “Ermənilər vəkil Ramiz Zeynalovun müdafiəsinə qalxdı”! İyirmiyə yaxın internet portalı bu xəbəri manşetə çıxarır. Söhbət Arkadi Barxudaryan adlı bir Bakı ermənisinin Ermənistan saytlarında yerləşdirilmiş məktub-açıqlamasından gedir. Ən maraqlı məqam odur ki, açıqlamanı heç də Ramiz Zeynalovun açıq müdafiəsi hesab etmək mümkün deyil. Burada Bakının xiffətini çəkən erməni “böyüdüyü, təhsil aldığı sevimli şəhər”ə istədiyi vaxt gedə bilməməsindən, onun şəkillərini yalnız internetdə görməsindən, guya Azərbaycanda “yadfikirliliyin təqib olunmasından” və internet vasitəsilə tapdığı köhnə dostları ilə məhz bu səbəbdən ünsiyyət qura bilməməsindən şikayətlənir. Bu zaman yazıçı Əkrəm Əylislinin “bir bədii əsər”ə görə “fəxri adlardan və güzəştlərdən məhrum edilməsini”, mərhumiyyətlə üzləşməsini “misal” gətirir, həmçinin erməni xalqının ona rəğbətini bildirir. Ermənilərlə dostluq edən şəxslərin gözdən salındığını qeyd edərkən, sözgəlişi, “uşaqlıq dostu Roma”nın – vəkil Ramiz Zeynalovun da adını çəkir, Sumqayıtda onun erməni ailələrini xilas etdyini unutmadıqlarını və ermənilərlə dostluğun ona baha başa gəldiyini, hazırda vəkilin öz əmlakı uğrunda mübarizə apadığını, KİV-in təqibinə məruz qaldığını yazır.

Bakı ermənisinin bu uzun-uzadı “açıqlaması”nın bizim KİV-də yalnız Ramiz Zeynalovla bağlı kiçik bir hissəsinin yer almasını təsadüf hesab etmək olarmı? Kim zəmanət verə bilər ki, elə həmin məktub-açıqlamanı da, onun Azərbaycanda “rezonansı”nı da hər zaman media ilə sıx təması və məqsədli işbirliyi olan vəkil özü təşkil etməyib?

Bu suallara cavab vermək çətin olsa da, Feysbukdakı statuslarından onun məqsəd və niyyətini anlamaq mümkündür .

“Təbliğə ehtiyacı olmadıgı halda” barəsində “yalan məlumatlar yazaraq” onu “təbliğ edənlər”ə “əvvəcədən minnətdarlıq” edən R.Zeynalov bu yazılara görə yenə yüksək vəzifəli şəxsləri ittiham edir. Amma Barxudaryan soyadlı uşaqlıq dostunun olub-olmaması məsələsinə heç toxunmur. Ermənilərin “onun müdafiəsinə qalxması ilə əlaqədar” isə bildirir: “ Mən hec vaxt Sumqayıtda yaşamamışam ki, oradakı ermənilərə də kömək edim, ancaq belə bir fakt olsaydı, ona gərə fəxr edərdim ki, millətindən, dini etiqadından asılı olmayan hansısa insanın öldürülməsinin qarşısını almışam”. Amma özünün də etiraf etdiyi fakt belədir ki, R.Zeynalov məhz məlum hadisələrin baş verdiyi gün - 29 fevral 1988-ci ildə Sumqayıt hüquq məsləhətxanasında fəaliyyətə başlayıb. Həmin “fəaliyyəti dövründə” ermənilərin hüquqlarının müdafiəçisi olub-olmadığını isə demir.

Ən nəhayət, Feysbukdakı son statuslarından birində artıq, necə deyərlər, xoruzun quyruğu görünür: “hüquqları pozulan” vəkil Avropadan “siyasi sığınacaq istəməyə məcbur qaldığını” dilə gətirir. Hətta indiyədək müxtəlif ittihamlar yağdırdığı vəzifəli şəxsləri onların “korrupsiya əməlləri barədə” Avropa ölkələrinin rəhbərlərinə məlumat verəcəyi ilə hədələyir.

Beləliklə, vəkil R.Zeynalovun ötən həftə media qəhrəmanına çevrilməsinin pərdəarxası haqqında belə bir mülahizə yürütmək olar ki, o, Avropada özünə siyasi sığıanacaq almaq üçün “sübutlar və dəlillər” hazırlayır.

Amma bütün bunlar ona “dissident” obrazı yaratmağa kömək edəcəkmi?

Bəs əgər sabah Siciliya mafiyası da onun müdafiəsinə qalxsa, azərbaycanlı vəkilin beynəlxalq kriminal aləm üçün məşhur “Sprut” filmindəki vəkil Terrazini qədər dəyərli bir hüquqşünas olduğunu iddia etsə, necə olacaq?

Onda Avropada siyasi sığıncaq almaq üçün çəkilən “zəhmət” hədər getməyəcəkmi?..


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___