Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DƏHŞƏT! Evə gəldi, gözlərinə inanmadı - VİDEO+FOTOLAR
Tarix: 27-07-2016 | Saat: 14:06
Bölmə:Karusel / Hadisə | çapa göndər

DƏHŞƏT! Evə gəldi, gözlərinə inanmadı - VİDEO+FOTOLAR

Sakinlər evdən çıxa bilmirlər.

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsinin sakinləri son günlər evlərini tərk etməyə qorxurlar. Oğrular Məhərrəm Seyidov küçəsindəki yaşayış binalarını özlərinə hədəf seçiblər. Naməlum şəxslər binalara daxil olaraq, vətəndaşları qarət ediblər.

"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, Səhər Cabbarova da zərərçəkənlər sırasındadır. Onun evdə olmamasından istifadə edən cinayətkarlar mənzildən pul və qızıl oğrulayıblar. Bu barədə zərərçəkənə qonşuları xəbər verib. Qusar rayonundan, yaşadığı Sahil qəsəbəsinə gələn Səhər Cabbarova mənzilə girəndə gözlərinə inanmayıb.

Səhər Cabbarova - zərərçəkən: "Gəlinin qızıllarını, 1 dənə fotoaparat, 1 dənə planşet aparıblar. Evdə 1800 dollar, 200 manata yaxın pul olub. Bu vaxta kimi eşitməmişəm ki, bizim məhəllədə oğurluq olub. Son aylarda oğurluq çoxalıb".

Cabbarova DİN-in 102 qaynar xəttinə zəng edərək məlumat verib. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları əraziyə gəliblər. Mənzildən barmaq izləri götürülüb. Küçə sakinlərinin sözlərinə görə, bundan əvvəl binaların liftlərinin motorları oğurlanıb. Polis axtarışları davam etdirir.



Xəbəri paylaş

1 2498 dəfə oxunub.

Digər xəbərlər
4-05-2016, 00:35 İŞİD-in bazası vuruldu

bütün xəbərlər
____ Instagram ___