Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xocalı faciəsi haqqında kitab çap edildi
Tarix: 22-02-2016 | Saat: 21:35
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Xocalı faciəsi haqqında kitab çap edildi

“TEAS Press” Nəşriyyatında “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabı fransız dilində çap edilmişdir

“TEAS Press” Nəşriyyatında “Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabı fransız dilində çap edilmişdir. Kitab ilk dəfə 2014-cü ildə ingilis dilində Londonun “İTHACA PRESS” nəşriyyatında (tərtibçilər: İen Peart, Fiona Maklaxlan) və 2015-ci ildə rus dilində Sankt-Peterburqun “Vestnik” Nəşriyyatında işıq üzü görmüşdür. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva kitaba müqəddimə yazmışdır.


“Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində işıq üzü görən bu kitab 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.


Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Xocalı qətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki ) hesabatları topluda tam şəkildə çap olunub.


Xarici foto müxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, David Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir foto şəkillər də kitabda xüsusi yer tutur.
Topluya beynəlxalq mediadan (The Washington Post, Le Monde, The Times, Труд, Комсомольская правда və s.) daxil edilmiş materiallar və foto şəkillər Avropa Azərbaycan Cəmiyyəti tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilmişdir və ilk dəfədir ki, işıq üzü görür.

“Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabı Xocalı qətliamına dair obyektiv vəziyyəti əks etdirən bir hesabat olub, beynəlxalq ictimaiyyyəti onun haqqında hərtərəfli şəkildə məlumatlandıran nadir nəşrlərdən biridir.


Xəbəri paylaş

8578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___