Londonun müsəlman meri barədə şok iddia
Tarix: 16-05-2016 | Saat: 12:26
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İtaliyada ana müxalifət partiyası statusunda olan “5 Ulduz Hərəkatı”nın lideri Beppe Grillo Londonun yeni meri barədə ağlasığmaz iddia səsləndirib.
"Xəbəraz.az " xəbər verir ki, D.Grillo “Sadiq Xan Vestminsteri havaya uçuranda görüşərik” deyib.
Komediya ustası kimi populyarlaşan Beppe Grillonun qurucusu olduğu və hazırda liderliyini etdiyi partiya 2013-cü ildə ilk dəfə seçkilərdə iştirak etmiş və səslərin 25 faizini almışdı. Komediya şoularına davam edən Grillo siyasətdən uzaq zarafatları ilə tanınır.
O, son olaraq Sadiq Xanla bağlı çox sərt sözlərdən istifadə edib:
“Bir banqladeşlinin seçilmiş olması adəti üzrə baş verən hadisə deyil. Vestminsteri havaya uçuranda görüşərik”.
Xatırladaq ki, Londonda parlament və nazirliklər şəhərin Vestminster bölgəsində yerləşir. Hazırda bu sözlərinə görə partiya liderini iqrçilikdə ittiham edirlər.
İqtidarda olan Demokratik Partiyadan Roma bələdiyyə sədrliyinə namizəd olan Roberto Giachetti də Tvitterdə yazdığı mesajda Grillo’nun bu “zarafatının” onu güldürmədiyini deyib. Xəbər saytları və sosial mediadakı müzakirələrdə də Grillonu həm cahillikdə, həm də irqçilik və faşizmdə suçlayıblar. Hətta bir sosial şəbəkə istifadəçisi “Ancaq komediyaçı belə bir zarafat edə bilər, amma siyasətçi əsla..” yazıb. Hazırda sosial mediada onunla bağlı “siyasətdən əl çək, komediya səhnəsinə qayıt” kampaniyası başlanıb.
Xəbəri paylaş
7808 dəfə oxunub.
Digər xəbərlər

7-04-2021, 18:37
Eyvaz Hüseynov Şəhid ailələrinə QARŞI - NARAZILIQ!
9-01-2017, 16:57
Avtobuslarda vərəm yayıla bilər - Həkim
5-02-2017, 10:06
Ayan Kıvançı öpdü: "Bu, sadəcə..." - FOTO
2-11-2018, 10:45
Sənədsiz peşə sahiblərinə şad xəbər: sertifikat ala biləcəklər
14-11-2022, 13:00
Azərbaycanlı iş adamından Rəşad Dağlıya 17 000 AZN dəstək - FOTO
3-03-2017, 13:05
DİQQƏT: Yemək bişirərkən bu səhvləri etməyin
11-04-2022, 10:20
Gəncədə 16 yaşlı qız ana oldu
28-04-2016, 18:06
Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
24-03-2016, 18:08
Əslində avtomobilin salonuna necə qulluq etmək lazımdır? - VİDEO