Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əslində avtomobilin salonuna necə qulluq etmək lazımdır? - VİDEO
Tarix: 24-03-2016 | Saat: 18:08
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Əslində avtomobilin salonuna necə qulluq etmək lazımdır? - VİDEO


Bəzi sürücülər avtomobillərinin təmizlənməsində mənşəyi məlum olmayan təmizlik vasitələrindən istifadə edirlər ki, bu da sonradan onları əlavə xərcə salır.

"Xəbəraz.az " xəzərxəbər.com-a istinadən bildirir ki, mütəxəssislərin bu mövzuda sürücülərə məsləhətləri var. Yağışlı günlərdə avtomobilinin içərisinə su dolmasını istəməyənlər də növbəti süjetimizdəki məsləhətlərə əməl etsələr, yaxşıdır.

Bəzi sürücülərin avtomobillərinin kimyəvi təmizlənməsi üçün istifadə etdiyi vasitələr onları əlavə xərcə salır. Bəzən olur ki, sürücülər özləri müəyyən dərman və s. alaraq avtomobillərini təmizləyirlər. Bu nə dərəcədə düzgündür? Kimyəvi təmizləmə ustası Qoşqar Həsənov bunun düzgün olmadığını bildirir:

"Avtomobilin təmizlənməsi üçün xüsusi dərmanlar və kimyəvi maddələr var. İndi bir çox avtoyumalarda geyim üçün istifadə edilən dərmanlardan istifadə edərək avtomobillərin salonunu təmizləyirlər. Bu kənardan adi görünsə də, əslində, düzgün deyil. Yalnız usta avtomobili təmizlədikdən sonra ustanın təyin etdiyi dərmanlar vasitəsilə sürücü öz avtomobilini təmizləyə bilər. Çünki hansısa toz qalığını aparmaq üçün normadan artıq maddə əlavə etdikdə dərhal dəriyə ziyan dəyəcək".

Bu tip fəsadların aradan qaldırılması üçün də keyfiyyətli təmizliyicidən qat-qat çox vəsait sərf edilir. Belə vasitlərinin qiyməti isə əsasən 2 manatla 20 manat arasında dəyişir və təyinatına uyğun şəkildə istifadə edilməsi məsləhət görülür.

Sürücülər yağışların bol olduğu bu aylarda avtomobillərinin drenaj sistemlərinin təmizlənməsinə də xüsusi diqqət yetirməlidirlər. Əks halda maşının içində bax bu şəkildə su dola bilər.



Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
5-06-2017, 12:21 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___