Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Gəncədə milli konfrans keçirildi
Tarix: 13-05-2016, 23:15 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Gəncədə milli konfrans keçirildi


13 may 2016-cı ildə Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində “Sosial Tərəqi” İctimai Birliyi tərəfindən “İcma İnkişafı üzrə İllik Milli Konfrans” keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, konfransda Azərbaycanda icma inkişafı prosesi, icma səfərbərliyi prosesində və icma əsaslı sosial-iqtisadi inkişaf layihələrinin yerinə yetirilməsində uğurlar, problemlər və öyrənilmiş dərslər və digər mövzular müzakirə edilib. Tədbirdə çıxış edən USAID-in Azərbaycandakı rəhbəri Mikaela Meredis vurğulayıb ki, SEDA layihəsi çərçivəsində indiyədək 33 rayonda yaranmış 65 icmada 73 infrasturuktur layihəsi həyata keçirilib. Bu layihələrə su və elektrik sistemlərinin bərpası və təmiri, yol təmiri, tibb məntəqələrinin tikintisi və digər vacib işlər daxildir.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov açıq hökumətin təşviqi və ictimai iştirakçılıqla bağlı Şuranın üzərinə düşən vəzifələr, QHT-lərin inkişafı istiqamətində görülən işlər, SEDA layihəsi çərçivəsində əməkdaşlıq məsələləri haqqında ətraflı məlumat verib.

Şərq-Qərb İdarəçilik İnstitutunun (EWMI) yerli nümayəndəliyinin rəhbəri Timoti Mədiqan qeyd edib ki, SEDA layihəsi sosial-iqtisadi inkişaf ehtiyaclarını qarşılamaq üçün İcma İnkişaf Şuralarının yaradılması və gücləndirilməsinə dəstək olur.
Konfransda “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönələn dövlət siyasəti, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti haqqında məruzə ilə çıxış edib.

Milli konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə, Yevlax və Xaçmaz rayonlarında yerləşən regional ofislərinin, 33 rayonun icra hakimiyyətlərinin, icma inkişafı layihələrini yerinə yetirən təşkilatların və donor təşkilatların 150-yədək təmsilçisi, icma liderləri iştirak edib.
Gəncədə milli konfrans keçirildi
Gəncədə milli konfrans keçirildi

3488 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
____ Instagram ___