Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Britaniya XİN: “Suriyada müharibə bir telefon zəngi ilə bitə bilər”
Tarix: 14-02-2016 | Saat: 20:02
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Britaniya XİN: “Suriyada müharibə bir telefon zəngi ilə bitə bilər”

“Putin Suriyadakı müharibəni bir telefon zəngi ilə bitirə bilər”. Bu barədə BBC-yə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd yalnız Rusiyanın dəstəyi ilə hakimiyyətdə qala bilir: “Planetdə yalnız bir nəfər var ki, təkcə bir telefon zəngi ilə Suriyada vətəndaş müharibəsinə son qoya bilər. Bu prezident Putindir. Bəşər Əsəd prezident postundan gedəcək, yoxsa qalacaq? Bu son nəticədə Rusiyanın onu kənarlaşdırmaq üçün öz təsirindən istifadə edib-etməyəcəyindən asılıdır.

Britaniya XİN başçısı eyni zamanda Rusiyanı BMT-nin qətnamələri və beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb. O qeyd edib ki, vaxtı ilə Suriyanın ən böyük meqapolisi olan Aleppo şəhəri ilə bağlı yaranmış vəziyyət narahatlıq doğurur: “Ruslar “xalça bombardımanı” taktikasından, müxalif qüvvələrin nəzarətində olan dinc sakinlərin yaşadığı rayonlara zərbələr istifadə edirlər”.

Hammond Rusiyanın hava zərbələrinin müxalifəti zəiflətdiyini də bildirib. Onun fikirincə, buna baxmayaraq Bəşər Əsəd ordusu müxalifətçilərin boşaltdığı əraziləri ələ keçirə bilməyəcəklər: “Suriya rejiminin bu rayonlara nəzarəti təmin etmək üçün gücü və təsisatları yoxdur. Ruslar aviasiyadan istifadə edirlər. Onlar müxalifəti geri çəkilməyə məcbur edə bilərlər. Amma rejim bu ərazilərə nəzarət edə bilmək imkanları nümayiş etdirməyib. Hazırkı vəziyyət dalanı xatırladır”


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
29-12-2019, 13:21 Sabah yağış yağacaq
29-08-2015, 17:42 Qadın inək oğurladı

bütün xəbərlər
____ Instagram ___