Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nərimanovda hesabat yığıncağı keçirilib
Tarix: 16-04-2015 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər

Nərimanovda hesabat yığıncağı keçirilib

Bu gün “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.


“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2015-ci ilin birinci rübündə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb. Daha sonra hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov diqqəti rayonda sənayenin əsas iqtisadi göstəricilərinə yönəldərək, birinci rübün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyini və bu müddət ərzində xidmətlər də daxil olmaqla 573,1 milyon manatlıq məhsul istehsal olunduğunu, ötən ilin müvafiq dövrünə nisbətən 97,8 faiz artım sürəti əldə edildiyini, istehlakçılara 550,9 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,9 faizi qədər sənaye məhsulu göndərildiyini, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 84,7 faiz təşkil etdiyini söyləyib. Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionu Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçirilir. İlk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulub, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla yerinə yetirilib və son tamamlama işləri aparılır.

Bakı şəhərinin giriş qapısı sayılan H.Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilir və həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.



4108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___