Gizir: "Bunu düşmən də yaxşı bilir"
Tarix: 03-05-2016 | Saat: 20:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində əsgərlərlə görüşməsi Milli Ordunun şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin bir qrupu aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.
AzərTac-ın müxbiri cəbhənin Goranboy istiqamətində həmin hərbi qulluqçularla görüşərək söhbət edib, onların döyüş təəssüratlarını öyrənib.
Aprelin 2-dən 5-dək gedən döyüşlərdə strateji yüksəkliklərin düşməndən azad olunmasında iştirak edən gizir Mehman Çobanov deyib: “Döyüşlərdə xeyli itki verən düşmən silahlarını, texnikasını qoyub qaçdı. Onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdik”.
Mehman Çobanov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində əsgərlərlə görüşməsi onlarda böyük ruh yüksəkliyi yaradıb: “Hər zaman döyüşə hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik. Nəyin bahasına olursa-olsun, işğal altındakı torpaqlarımızı Allahın köməyi ilə azad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Onların qisasını alacağıq. Bunu düşmən də yaxşı bilir”.
Xəbəri paylaş
7188 dəfə oxunub.
Digər xəbərlər

7-08-2018, 17:17
Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi işdən azad edildi — SƏBƏB
9-06-2021, 10:50
ABŞ-da peyvənd olunanlara narkotik veriləcək
28-02-2017, 13:26
Şəki şəhid olan qəhrəman komandirlə vidalaşır - FOTO, VİDEO
11-10-2021, 09:20
Bakıda gecə qızın gözlənilməz əməli kameraya düşdü - VİDEO
9-05-2016, 19:33
Keçmiş başçısının atası öldürüldü
6-04-2019, 17:10
"... cəbhədə gərginliyin artmasına səbəb olacaq" - Zakir Həsənov
10-01-2016, 19:53
Qaynını güllələyən yeznə: Bir patronum var idi
23-03-2020, 11:30
Abdurrahim Albayrak və həyat yoldaşı koronavirusa yoluxdu
11-04-2022, 14:10
Bakıda gecə klubunda yaralanan seneqallı qız ölüb? - AÇIQLAMA
29-12-2015, 17:15
Milyonların gözlədiyi telefon gəldi - FOTO