Boksçularımız ermənilərlə üz-üzə...
Tarix: 30-04-2016 | Saat: 18:51
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Mayın 7-də Latviyanın paytaxtı Riqada Azərbaycan və Ermənistan boksçuları arasında döyüşlər keçiriləcək.
"Xəbəraz.az "in məlumatına görə, "Ali for the Victory" adlı gecənin təşkilatçısı Latviyada çalışan azərbaycanlı məşqçi Vəli Məmmədovun təsis etdiyi "Flash Promotion" şirkətidir.
Şirkətin ilk turniri "Radisson Blue Hotel"də baş tutacaq. Vaxtilə "Baku Fires"də və Azərbaycan millisindəki çıxışları ilə tanınan, hətta 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Soltan Migitinov "Flash Team"in üzvü Petros Ananyanla üz-üzə gələcək. Latviyada yaşayan həmyerlimiz Zaur Sadıxov isə gənclər arasında dünya çempionu Lendruş Akopyanla qarşılaşacaq. V.Məmmədovun rəhbərliyi altında daha bir erməni - Andranik Qriqoryan da çıxış edir. Onun rəqibi isə Vladislav Davidaytis olacaq.
V.Məmmədov azərbaycanlı və ermənistanlı boksçular arasındakı döyüşlərdə siyasi məzmun axtarmağa gərək olmadığını bildirib: "Bu, təmiz idmandır. Hətta təxribatdırsa belə, dinc xarakterlidir. Qoy, bütün mübahisələr rinqdə həll olunsun və qonq zərbəsi ilə yekunlaşsın".
Qeyd edək ki, gecənin əsas qonağı 2004-cü ildə Mayk Taysonu nokauta salmış ingiltərəli boksçu Denni Uilyams olacaq.
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

11-10-2019, 16:20
Cavid Qurbanov Ziya Məmmədovu tənqid etdi - Fotolar
1-09-2018, 16:11
İstirahət günü hava necə olacaq?
17-09-2015, 22:10
“ASAN xidmət”: 41 uşağa şəxsiyyət vəsiqəsi verildi
13-02-2017, 16:55
Fahriye və Murad Bakıya gələcək
1-08-2016, 14:14
Zəlzələ 100-dən çox evə ziyan vurub
10-06-2017, 13:20
Boyuna soğan bağlamağın inanılmaz faydaları
2-08-2015, 13:28
Arvadını yataqda onu aldadarkən tutan adam - VİDEO
11-05-2016, 14:11
Ermənilərin Tərtərə atdığı kimyəvi silah partlaya bilər