Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zəlzələ 100-dən çox evə ziyan vurub
Tarix: 01-08-2016 | Saat: 14:14
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Zəlzələ 100-dən çox evə ziyan vurub

Bu gün səhər saatlarında İmişli rayonunda baş verən zəlzələ nəticəsində 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.

Bu barədə Publika.az-a İmişli rayon İcra Hakimiyyətinin mеmarlıq və tikinti şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu, sakinlərin müraciəti əsasında qeydə alınan rəqəmlərdir: “100-dən çox sakin zəlzələ nəticəsində evlərinə dəymiş ziyanla bağlı İcra Hakimiyyətinə müraciət edib. Lakin bu müraciətlərin hər birinin araşdırılmasına ehtiyac var. Ola bilər ki, bunların bəzisi yanlış məlumat olsun, ya da kiçik çat da ola bilər. Bunun üçün nahardan sonra müraciətlərlə bağlı araşdırmalara başlanılacaq. Hazırda da İcra Hakimiyyətinə müraciətlər davam edir”.

Şöbədən onu da bildirdilər ki, dağıntılarla bağlı müraciətlər əsasən rayonun mərkəzi, eləcə də Ağaməmmədli, Yalavac, Rəsullu, Oruclu kəndlərindəndir. Onların hamısı da fərdi yaşayış evidir, inzibati binalar zəlzələdən zərər görməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.46-da İmişlidə zəlzələ qeydə alınıb. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.


Xəbəri paylaş

6658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___