Almaniya Qarabağla daha çox məşğul olacaq
Tarix: 30-04-2016 | Saat: 18:42
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Aprelin əvvəlindən etibarən Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca Azərbaycanın mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir. Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərinə qarşı hərbi həmlələr etməsi ilə əlaqədar olaraq, Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq açıqlama verib.
TEAS-dan Trend-ə verilən məlumata görə, H.Novak açıqlamasında bildirib:
"ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası "dondurulmuş münaqişələr"in həlli ilə daha çox məşğul olacağını bəyan edib. Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır".
O, qeyd edib ki, hazırkı hərbi təxribatlar, təəssüf ki, Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütovlüyünü qorumaq cəhdlərinə mane olur: "Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir".
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

30-04-2016, 14:11
Maştağada mağaza sahibi özünü evində asdı
11-11-2017, 19:05
Bürclərin ayrılıq dərdi: biveclər və depressivlər
13-06-2017, 18:36
Milyarder ana oğluna Nazənini aldı - dünyanın ən bahalı toyu - FOTO
1-07-2015, 00:11
Cəlilabadda 70 hektar biçilmiş taxıl sahəsi yandı
13-08-2023, 12:17
Çay və qəhvə içənlər arasında 15 FƏRQ - Uğursuzluq gətirən İÇKİ hansıdı?
27-04-2016, 18:07
Məhv edilən erməni hərbçisi – Video/18+
19-08-2016, 14:05
Şəmkirdə 4 yaşlı uşaq su arxına düşərək ölüb
29-03-2017, 17:42
Ər-arvad bir-birinə "Canım, ürəyim, aşkım" deyə bilərmi? - İlahiyyatçı danışır - VİDEO
10-11-2015, 13:58
İŞİD 200 suriyalı uşağı edam edib