Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milyarder ana oğluna Nazənini aldı - dünyanın ən bahalı toyu - FOTO
Tarix: 13-06-2017 | Saat: 18:36
Bölmə:Karusel / Dünya / Maraqlı / Fotogalereya | çapa göndər

Dünyanın ən varlı biznes ledisi oğluna MÖHTƏŞƏM TOY ETDİ - FOTO/VİDEO
Dünyanın ən varlı iş qadını, 66 yaşlı nigeriyalı Folorunşo Alakija bir neçə gün əvvəl oğluna möhtəşəm toy edib.
Təntənəli toy İngiltərənin Oksfordşir şəhərində, Blenhaym sarayında keçirilib. Milyarder afrikalı qadının 4 oğlu Foların iranlı model Nazənin Cəfərian Qaysarrifa adlı xanımla ailə qurub.
Folarinin anası Folorunşo Alakija dünyada ən zəngin qaradərili qadınlardan biridir. Odur ki, cütlüyün möhtəşəm toyunun nağılları xatırlaması təəccüblü deyil. Məlum olub ki, Folarin və Nazəninin Blenem Sarayında keçirilən toyunda bir milyon qızılgül istifadə edilib. Təşkilatçılıq isə Yeva Lonqoriya, Tina Turner, Toni Parker kimi ulduzların toyunun dizayneri Cef Lesama tapşırılıb. Saraydakı qızılgüllərə ümumilikdə 1 milyon dollar xərclənib. İngiltərənin keçmiş baş naziri Uinston Çörçillin doğulduğu sarayda toy keçirtmək üçün isə 7 milyon dollar ödənilib.
Gəlinin paltarı isə 9 milyon dollar dəyərindədir. İranlı gəlin obrazını gözqamaşdırıcı brilyant boyunbağı və “Manolo Blahnik” kimi bahalı brenddən olan ayaqqabılarla tamamlayıb. Nazənin gecədə iki dəfə paltar dəyişib.
Qeyd edək ki, bu, Folarinin ikinci evliliyidir. Onun ilk xanımı xərçəng xəstəliyindən vəfat edib. Nazənin isə Londonda yaşayan iranlı iş adamının qızıdır. Folarinin yeni həyat yoldaşı Britaniyanın Mançester Universitetinin Biomühəndislik və Biotibbi Mühəndislik fakültəsində oxuyub, eyni zamanda magistratura təhlisi alıb, həmçinin model və marketinq üzrə məsləhətçi kimi çalışıb.






1 3028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___