Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsrailli ekspert: “Azərbaycan sübut etdi ki…”
Tarix: 28-04-2016, 17:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İsrailli ekspert: “Azərbaycan sübut etdi ki…”
Aprelin 27-də “İsrailin səsi” dövlət radiostansiyasının “Beynəlxalq saat” verilişində aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunları geniş şərh olunub.

Azərtac-ın məlumatına görə, “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, bu ölkənin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox mühüm beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır. Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri görüşürlər:

“Bu gün dünyada praktiki olaraq elə bir intellektual məkan yoxdur ki, orada dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal təhsil, vətəndaş cəmiyyəti və biznes, təhlükəsizlik və inkişaf, qlobal miqrasiyada şəhərlərin rolu, sülh üçün şəraitin yaradılması və terrorun qarşısının alınması, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya məkanında qloballaşma şəraitində aktual media məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü dünyanın 140 ölkəsinin siyasi, elmi, intellektual və biznes elitasının nümayəndələri görüşsünlər”.

İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı parlaq, bənzərsiz, konkret və yaddaqalan olub. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir.

Azərbaycanın paytaxtı Bakının son beş ildə real beynəlxalq meydana, beynəlxalq humanitar əməkdaşlıq üçün “intellektual Davosa” çevrildiyini vurğulayan Arye Qut deyib:

“Azərbaycan rəhbərliyi tərəfindən yürüdülən tolerantlıq və multikülturalizm ideyasının təbliği siyasəti Azərbaycan dövlətinin tolerantlığının və multikülturalizm siyasətinin qorunub saxlanmasına, bu siyasətin müasir və güclü Azərbaycan modeli nümunəsində dünyada daha da inkişaf etdirilməsinə və təbliğinə yönələn strategiyanın əksidir. BMT-nin Qlobal Forumu mədəniyyətlərarası və sivilizasiyalararası dialoq nümunəsi nümayiş etdirməkdən ötrü Azərbaycan üçün daha bir real imkandır. Bu gün təkzibolunmaz faktdır ki, Azərbaycan mühüm və əvəzolunmaz rol oynayır və beynəlxalq birlik bunu tanıyır. BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun məhz Azərbaycanda keçirilməsi faktını Odlar Yurdunun beynəlxalq arenada geosiyasi uğuru kimi qiymətləndirmək olar.

Azərbaycanda multikülturalizm haqqında suala cavab verən Arye Qut qeyd edib ki, əslən azərbaycandandır və həmişə fəxr edir ki, Azərbaycanda yəhudi icmasının ənənələrinə diqqət və qayğı ilə yanaşırlar:

“Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələri üçün Vətən olub və olmaqdadır. Qədim Azərbaycan torpağında yəhudi dini və islam, atəşpərəstlik və xristianlıq dinc yanaşı mövcud olub. Bu gün də bu torpaq misli görünməmiş tolerantlıq və dini dözümlülük səyləri nümayiş etdirməyə davam edir. Dünyada yəhudilərin yığcam yaşadığı yeganə və unikal yer olan Qırmızı Qəsəbə Azərbaycanın fəxridir”.

Forumda bir çox ölkələrin alimləri İtaliya, Litva, Portuqaliya və Almaniya kimi ölkələrin təcrübəsini Azərbaycanın multikulturalizm və tolerantlıq modeli ilə müqayisə ediblər. Amma belə bir faktı nəzərə almaq lazımdır ki, həmin ölkələrdən fərqli olaraq, Azərbaycan Ermənistanın silahlı təcavüzü ilə üzləşib. Biz, BMT-nin Qlobal Forumunun iştirakçıları kimi, Ermənistan Respublikasının atəşkəs rejimini pozmasının və dinc əhalini atəşə tutmasının şahidi olduq. Hətta Forum günlərində də Azərbaycanın sərhəd kəndlərini atəşə tutmağa davam edən Ermənistan ilə ağır və qanlı ərazi münaqişəsinə və Azərbaycan ərazilərinin 20 faizinin işğal olunmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən və çox mürəkkəb və kövrək əhatədə yerləşən ölkə öz simasını itirmədi, həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olmağa davam etdi”.

Arye Qutun sözlərinə görə, insanların yalnız eyni dinin bu və ya digər cərəyanına məxsus olması səbəbindən məhv edildiyi qanlı və amansız zəmanəmizdə dünya bir çox ölkələrə həqiqi və real örnək, bir növ tərəqqi və inkişaf mayakı ola biləcək müasir, dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi nümunəsini düzgün qiymətləndirməlidir.

“İsrailin səsi” dövlət radiostansiyasında şərhlərini yekunlaşdıran Arye Qut bildirib ki, Azərbaycanın planetimizin rəngarəng mədəni palitrasını qorumağa qadir olan gələcəyin qlobal sivilizasiyasının açarını tapmağa çalışan dünyanın intellektual və siyasi elitası, o cümlədən tanınmış dövlət xadimləri, beyin mərkəzlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri üçün beynəlxalq meydana çevrilməsi təkzibolunmaz faktdır və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumun keçirilməsi bunu bir daha sübut etdi.

3328 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
17-01-2018, 14:42 Sabahın Havası

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___