Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ÇATASIZ ARZUYA KAŞ Kİ, MƏZUNLAR!!!!
Tarix: 14-06-2018 | Saat: 19:55
Bölmə:M / Karusel / Gündəm / Təhsil / Gənclərimiz | çapa göndər

      


   ÇATASIZ  ARZUYA  KAŞ  SONUNCULAR!!!!
       
Bilirik kövrəlir ürəkləriniz,
Parlar gözünüzdə yaş SONUNCULAR.
Sizi təbrik edir müəllimləriniz
Çatasız arzuya kaş, SONUNCULAR!

Lövhədə yazıldı ƏLVİDA məktəb.
Hansınız yazdınız, gəldi əliniz.
Söyləmək olarmı əlvida məktəb,
Gərək hələlik məktəb siz yazaydınız.

Bu gün Respublikamızda "Son zəng" günüdür. İllər öncə özləri boyda çantaları ilə ata-analarının əlindən tutub ürkək addımlarla məktəbə qədəm qoyan körpə, bu gün əlində kamal atestatı ilə doğma oçağa əlvida deyir. İllər boyu  dəcəllikləri ilə "incitdikləri" və onlara  "tablaşmış" sinif otaqları, partaları, təbasir bulaşığı ilə çirklənmiş yazı lövhələri, xəritələri, qlobusları, sındırdıqları kolbaları və. s artıq həzin bir xatirə kimi arxalarınca boylanırlar.
11 il bu günün arzusu ilə yaşayan gənclər, öz sevinclərini hər kəslə bölüşmək üçün dəstə-dəstə küçələrə axışıb, yaxalarında MƏZUN yazılmış lentləri ilə sanki  hər kəsə "mən artıq böyüdüm demək istəyirlər". Bu gün məzun olan gənclərimizin sevincindən daha artıq sevinc yaşayan valideyinlərdir. İllər uzunu böyük zəhmət və əziyyətlə böyüdüb, boya-başa çatdırdıqları övladları, artıq həyata vəsiqə alırlar. Kamil insan olaraq müstəqil qərar vermək iqdidarında çatmışlar. Əlbətdə bütün bunlar olduqca qürur vericidir. Bəs onda nədən bu qədər həzinlik, kövrəklik? Hər bir valideyinin övladına yaxın olduğu dövr, onun körpəliyi, uşaqlığı, yeniyetməliyidir.
 Yeniyetməlikdən gəncliyə addımlayan bu günkü məzun gənclərimiz yalnız doğma məktəbin qoynundan deyill, öz qayğısız uşaqlıqlarından həmişəlik "məzun" olurlar. Bu gün oturduqları partaları üzərində etdikləri cızma-qaraları, üst-başlarına çökmüş sinif otağının tozu sabah gözlərini doldurub xəyala daldıracaq qədər dəyərli olacaq.
 Bu gün şagird adına əbədi əlvida söyləyən balalarımız böyük ümidlə həyata ilk kövrək addımlarını atırlar. Hər biri öz bacarıq və qabiliyyətlərinə görə gələcək həyatda mövqelərini tutacaqlar. kimisi həkim. kimisi müəllim, kimisi məmur, kimisi də fəhlə olacaq. Amma həyatlarının ən şirin anları oxuduqları məktəb divarlarının arasında sonsuza qədər həbs olub qalacaq. O zaman gözləri uzaqlara dikilib həzin-həzin oxuyacaqlar.

Qayıt uşaqlığım , qayıt bir anlıq.
Yeriyib, yüyürüb, qaçmaq istərəm.
Tutaraq əlimdə məktəb çantası.
 Sinif qapısını açmaq istərəm.


Xəbəri paylaş

1 6818 dəfə oxunub.

Digər xəbərlər
25-02-2016, 14:16 Cəbhədən son xəbər

bütün xəbərlər
____ Instagram ___