Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
İslamiada: dünya Azərbaycanın qəlbini gördü
Tarix: 23-05-2017, 13:13 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər


"İndiyədək çox yarşılarda olmuşuq. Yeni yarışlar, çempionatlar, turnirlər olacaq. Amma Azərbaycanı əsla unutmayacağıq. Buranın insanlarına heyran qaldıq. Azərbaycanın qəlbini gördük, ürəyini duyduq. Sizə çox minnətdarıq".
İraqlı idmançı Ridha Alqburi belə dedi.

Əfqan Həsən Muştaq Şərif isə Bakını belə təsəvvür etmədiyini etiraf etdi: "Bakı müsləman ölkələrinin paytaxtları arasında xüsusi, bəlkə də əlahiddə yer tutur. Burada, sanki, Şərqlə Qərb birləşib. Şəhər küçələrini dolaşanda özümü Bağdadda, Ər-Riyadda, Dubayda, Əmanda, eyni zamanda Londonda, Parisdə, Milanda hiss edirdim. İsanlarınız çox mehriban, səmimi, gülərüzdür. Yarışların təşkilatçılığına isə söz ola bilməz. Ən yüksək səviyyədə idi".
Onlar Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarına qatılmış idmançılar arasında, sadəcə, ikisidir. Yüzlərlə, minlərlə idmançı da Həsən və Ridha ilə həmrəy, həmfikirdir.
Səbəb eynidir: onlar İslam aləminin ən mötəbər idman yarışına hazırlıq, təşkilatçılıqla yanaşı, yarışların gedişindən, ən başlıcası isə Azərbaycan vətəndaşlarının qonaqlara olan münasibətindən razıdırlar.

İslam, həmrəylik, idman, və siyasət
"İdman siyasət deyil" ifadəsi çoxdan aktuallığını itirib və tam mənasız söz yığınına çevrilib. İdman indi siyasətdir, hətta geosiyasətdir və ölkələr arasındakı münasibətləri lakmus kağızı kimi göstərməklə yanaşı, bu və digər ölkədəki hakimiyyətin vətəndaşlarına münasibətindən tutmuş, həmin vətəndaşların hakimiyyətinin sayəsində başqa dövlətlərdə özlərini necə hiss etmələrini göstərir.
İdman yarışları istənilən dövlətin yürütdüyü daxili siyasətin diplomatiyaya inikası da hesab oluna bilər: nədən ki, vətəndaşına sayğı bəsləməyən hakimiyyət əsla onun səhhətini, sağlıq durumunu və inkişafını düşünməz.
Kölələr idman etməz. Kölələrin idmanı qul əməyidir. Azad insan idmana müştaqdır və qədim Yunanıstanda filosoflar bunu anladıqlarından "gimnasium"larda azad vətəndaşların idmanla məşğul olmalarını tələb edirdilər.
"Sağlam bədəndə sağlam ruh olar" prinsipi elə yunan heykəllərində də əyan olur: çılpaq, əzələlərinin rəvanlığının simalarındakı ağılla uzlaşdığı bu heykəllər Olimpiya Oyunlarının keçirildiyi məkandakı insanların idmana verdiyi önəmdən bəhs edirdi.
İnsanın qul, kölə, rəiyyət hesab olunduğu xanədanlarda idman olmayıb. Olan hökmdarın qarşısında insanların bir-birinə üstün gəlmək istəyi idi ki, bunun da timsalı Qədim Romadakı qladiator döyüşləri idi.

Romadakı Kolizeydən tutmuş, nəhəng imperiyanın ucqarlarındakı arenalara çıxan qul qladiatorlar "Ave, Caesar, morituri te salutant!", yəni "Yaşa, Sezar, ölümə gedənlər səni salamlayır!" qışqırırdılar.
Fərq budur: azad ölkədə azad insan üçün idman inkişaf, istibdadın olduğu məmləkətdə isə hüriyyətlə sərbəstliyin boğulmasının pərdələnməsidir.
Bakıdakı 4-cü İslam Oyunları bu baxımdan müsəlman ölkələrinin, İslam aləminin bütün dünyaya açıq, aşkar, anlamlı, sadə və unudulmaz messici oldu.
İslam həmrəylik, sülh, inkişaf, qardaşlıq və səbatlıqdır.
Azərbaycanın paytaxtına yığışmış idmançılar, onların cəmləşdikləri komandalar Bakının Şərqdə, gerçəkdən də, tolerantlıq, multikulturalizm mərkəzi olduğunu bariz şəkildə göstərdilər.
Bunu qonaqlar dəfələrlə bəyan etdilər.

Gerçəkdən də, müsəlman Şərqində Bakı bərabəri, oxşarı və surəti olmayan şəhərdir.
Qərblə Şərqin qovuşduğu, mədəniyyətlərin üzvi sintez olduğu Bakı Şərq üçün Qərb mədəniyyətinin, dünyəviliyinin, tolerantlığının, anlamlığın yerli ənənələrə üzvi sintezi, yaşam tərzi və düşüncə formatına uyğunlaşdırılması ilə yanaşı, Şərq üçün gerçək multikulturalizm, insana onun irqindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq sayğının, sonsuz anlayışın və birgə yaşam prinsiplərinin real qovuşmasıdır.
Bakıdakı 4-cü İslam Həmrəyliyi Oyunları ilk əvvəl bütün müsəlmanlara aydın və konkret xitabdır: İslam həmrəylikdir, qardaşlıqdır, sülhdür, dözümdür, inkişafdır, tərəqqidir, ağlın güclə bərabər olmasıdır və bütün bunların məcmusu kimi gələcəyə addımlamaq istəyi, düşüncələrdəki ziyanlı fərqlərlə ayrılıq istəklərinin birliyə rekonstruksiyasıdır.

İslam Həmrəyliyi Oyunları yalnız dini baxımdan eyni olan insanların idman yarışı deyil. Əsla, çünki Bakıdakı yarışlarda xristianlar da çıxış etdilər, İslam ölkələri uğrunda mübarizə apardılar və bu, dinlərarası dialoqun ən bariz nümunəsi deyildisə, bəs nə idi?!
Bakı Qərbdə müsəlmanları aşağılamağa çalışan, İslam dininə mənsub olanlara potensial radikal və ya aqressiv insanlar kimi baxan, müsəlman dövlətlərini "qızıl milyard"dan asılı "üçüncü dünya ölkələri" sayanlara ən layiqli cavabı verdi.
Bakı bu Oyunlar vasitəsilə bəyan etdi ki, Şərqin Qərbə, Qərbin Şərqə ehtiyacı var və onlar bir tamın iki hissəsidir - biri yoxsa, o biri də yoxdur; biri zəif düşərsə, o birisinin də halı yaman olar.
Bakı tarix yazdı
Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. "Bakı-2017"də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
4-cü İslam İslam Həmrəylik Oyunları, sanki, müsəlman ölkələrinin arzulanan, ümid edilən həmrəyliyinin ilkin nümayişi də sayıla bilərdi.

Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Kot d'İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən - onlar idmançılarını Bakıya yolladılar, bu ölkələrin komandaları ən müxtəlif növlərdə yarışdılar.
"Sizi görməyi arzulayırıq"
Bu gün "Bakı-2017"nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası bu on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: "Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və "Bakı-2017"nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq".
Sadəcə, statistika
Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Belə ki, Bakı ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.

Statistikaya nəzər salaq. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.
"Bakı-2017"ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurub. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.
Türkiyə ikinci (194 medal), İran üçüncü (97 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.
Mayın 20-də atletika yarışları başa çatdıqdan sonra səhnə cəmi 36 saat ərzində qurulub. "Bakı-2017"nin açılış və bağlanış mərasimlərinin hazırlanmasına 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisi, texniki heyət və aktyorlar qrupu cəlb olunub. Bağlanış mərasimi 1500 könüllü tərəfindən canlandırıldı.

Bağlanış mərasiminin möhtəşəmliyini bu faktlardan aydın görmək olar: Oyunların açılış şousunda istifadə olunmuş 270 dönmə dərəcəli işıq dirəyini 360 dönmə dərəcəsinə çevirmək üçün 12 nəfər 36 saat çalışıb. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Stadionda 300-dən çox səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. Mindən çox işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. "Bakı-2017"nin açılış və bağlanış mərasimlərinin kostyumlarının tikilməsi üçün 15 min metr parçadan istifadə olunub.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləməsi və qaliblərə medalları şəxsən təqdim etməsi Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.
Çox yüksək səviyyəli təşkilatçılıq
Bu gün "Bakı-2017"nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası ötən on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

Qoca Şərqin açıq qapısı
Diplomatiyada "açıq qapı siyasəti" anlamını Avropa tətbiq etdiyini vurğulayır. Avropa Birliyinin Şengen anlaşması, postsovet məkanı dövlətlərindən bəzilərinin vətəndaşlarına Avropa Birliyinə vizasız gediş-gəlişin verilməsi, "Şərq Tərəfdaşlığı" Proqramı və s. - bütün bunları Qərb Şərqə imtiyaz, geosiyasi minnət kimi təqdim edir və yaşananları diskursiv vəziyyətdən çıxarmaq üçün əməkdaşlıq istəyi, tərəfdaşlıq modeli kimi təqdim edir.
Azərbaycansa IV İslam Həmrəyliyi Oyunları vasitəsilə Şərqin Qapısının dostluğa, əməkdaşlığa, anlayışa, həmfikirliyə, tərəfdaşlığa həmişə açıq olduğunu göstərdi.
Şərq onun qapısını döyən hər qonağı qəbul edir: bir şərtlə ki, qonaq öz adətini, qanunlarını və dünyagörüşünü, habelə yaşam prinsiplərini ev sahibinə zorla qəbul etdirməyə çalışmaya, ev sahibinə "həyat dərsi" keçməyə qalxmaya, ona uzadılmış ələ efemer prinsiplərdən hörülmüş görk qandalı vurmağa çalışmaya.

Azərbaycan bu oyunlarla Şərqə nümunə, Qərbə multikulturalizm dərsi verdi.
Əsas məsələ indi sinifdə qalmağa çalışıb dərsi tərs anlamağa çalışanların şüurlarındakı dəyişiklik zərurətidir.(milli.az)

3928 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___