Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD Rusiyaya necə zərbə vuracaq?
Tarix: 03-10-2015 | Saat: 20:47
Bölmə:M / Karusel / M2 | çapa göndər

İŞİD Rusiyaya necə zərbə vuracaq?

Mümkün müharibə aparma vasitələri

Suriyadan gələn xəbərlər Rusiya təyyarələrinin müqavimət qüvvələrinə qarşı aviazərbələr endirməsini təsdiqləyir. Amma hələlik rusların öz güc və imkanlarından hansı miqyasda istifadə etmələri tam olaraq məlum deyil. Əsəd rejiminin saxlanılması üçün, Rusiya mübarizə aparacaq. Hələki, İŞİD Rusiya haqqında çox az şey danışır. Amma güman etmək olar ki, Rusiya ordusunun Suriyadakı iştirakı İŞİD-in diqqətini çəkəcək. Biz, İŞİD-in Rusiyaya qarşı işə sala biləcəyi beş müharibə aparmaq vasitəsi ilə sizi tanış edirik. (The National İnterest)

- Diversiya əməliyyatları

2012-ci ildə Əfqanıstandakı Amerikan hərbi dəniz piyadaları korpusuna məxsus bazada saxlanılan səkkiz ədəd “AV-8B Harrier” təyyarəsi, yaraqlı Taliban qrupu tərəfindən məhv edilmişdi. Bu hücum ABŞ dəniz piyadalarına vurulmuş ciddi zərbə olmaqla yanaşı, Vyetnam müharibəsindən sonra ABŞ döyüş aviasiyasının üzləşdiyi ən böyük itki idi. Əgər həmin bazaya qrafik üzrə “F-35B” təyyarələri də gətirilsəydi, onda ABŞ-ın itkisi milyard yarım dollara qədər artacaqdı.
Belə güman etmək olar ki, hər halda ruslar Latakiyadakı aviabazanın təhlükəsizliyini təmin edə biləcəklər. Ancaq yenə də orada yerləşdirilmiş təyyarələr İŞİD divesantları üçün yaxşı hədəfdir. Rusiya təyyarələrinin sıradan çıxarılması, təbliğati baxımdan İŞİD-in böyük qələbəsi sayılacaq.

- İdarəolunmayan raketlər

Hələlik İŞİD uzaq məsafədəki hədəflərin vurulması istiqamətində mühüm əhəmiyyət daşıyan imkanlara malik olduğunu nümayiş etdirməyib. Sinay yarımadasındakı İŞİD qruplaşması İsrail ərazisinə bir neçə raket buraxdığını iddia edir. Əgər minaatanlar vasitəsilə yaxın məsafəli hədəflərin vurulmasını hesaba qatmasaq, qapalı atəş mövqelərindən açılan atəşlər, İŞİD hücumlarında elə də böyük rol oynamır. Lakin Suriyadakı digər müxalif qrupların əlində orta və uzun məsafəli idarə olunmayan raketlər var və onlar döyüşlər zamanı bu silahlardan istifadə də ediblər. Onlardan bəziləri rusların Latakiyadakı mövqelərini vura da bilərlər. Hələlik Rusiya bu raket sistemlərindən xüsusi bir narahatlıq hissi keçirdiyini ifadə etməyib. Ancaq əgər İŞİD anoloji silahlar əldə edərsə və onları Latakiya rayonuna apararsa, onda Rusiya təyyarələri ciddi şəkildə təhlükə ilə üzləşəcək.

- Zenit raketləri

Hələlik İŞİD hava hədəflərini vurmaq üçün böyük imkanlara malik deyil. Lakin onlar ələ keçirdikləri yüngül zenit raketləri vasitəsi ilə Rusiya təyyarələrinə zərbə vura bilərlər. Rusiya vertalyotlarına və alçaq sürətli hücum təyyarələrinə qarşı mübarizə aparmaq üçün İŞİD-in ixtiyarında bəzi silah növləri var. Əgər Rusiyanın hava zərbələri yaxşı nəticələr verərsə, belə olan halda İŞİD ələ keçirdiyi idarə olunan zenit raketlərindən istifadəyə baş vuracaq. Amma Suriya aviasiyasından fərqli olaraq, ruslar daha müasir döyüş texnikası ilə vuruşurlar. Ona görə də özünü hava hücumundan müdafiə etməkdən ötrü İŞİD daha mükəmməl texnikaya ehtiyac duyacaq.

- Çeçenlər

İŞİD-in tərkibində döyüşən Rusiya vətəndaşlarının sayı barəsində müxtəlif rəqəmlər səsləndirilir. Amma Rusiya hökumətinin məlumatlarında onların sayı 1800-dən 5000 nəfərə kimi göstərilir. Onlarınn əksər hissəsi Çeçenistandan gəlib. Bu yaraqlılar Rusiyaya ikiqat zərbə vura bilərlər. Əvvəla, yəqin ki, onlar Suriyadakı digər yaraqlılara nisbətən rusların döyüş taktikasını daha yaxşı bilirlər. Əgər onlar Çeçenistan müharibəsi zamanı topladıqları təcrübədən Suriyada da yararlana bilsələr, onda bu Rusiya hərbçiləri üçün ciddi təhlükə törədəcək. Digər tərəfdən isə daha ciddi məsələ Rusiyaya qayıdacaq həmin çeçenlərin öz ölkələrində Moskvaya qarşı amansız döyüşlərə girişəcəkləri təhlükəsidir. Suriyadan vətənlərinə geri qayıdacaq həmin döyüşçülər Rusiyanın bir çox cənub regionlarında və həmçinin də Moskvanın öz təsir dairəsi hesab etdiyi Orta Asiya ölkələrində sabitliyi poza bilərlər.

- Təbliğat

İŞİD təhlüksəi qorxulu və daha geniş əhatə dairəsi almağa başlayıb. Bunun səbəbi onların effektli təbliğat maşınıdır. Onlar sosial şəbəkələrdən istifadə etdərək, özlərinə daha çox diqqət çəkməyi bacarıblar. Elə məhz bunun nəticəsində də İŞİD öz sıralarına yeni döyüşçülər cəlb edir. İŞİD öz təbliğatını əsas etibarı ilə Əsəd rejimi və Qərb ölkələrinə qarşı cəmləşdirib.
2015-ci ilin yazından isə İŞİD özünün anti-Rusiya təbliğatını aktivləşdirib. Rusiya hərbi qruplaşmalarının Suriyadakı fəaliyyəti İŞİD-in onlara qarşı təbliğatının artacağını göstərir. İŞİD-in təbliğat maşını Rusiya və Mərkəzi Asiya ölkələrindən gələn döyüşçü axınını nəinki artıra bilər, hətta onların Rusiya ərazisində geniş terror aktları törətmələri ilə nəticələnər.

- Yekun

Rusiyanın Suriyadakı mövqeyi zəifdir. Əgər Moskva bu müharibədə qalib gələrsə, onda onlar Yaxın Şərqdə heç kimin sevmədiyi bir şəxslə daimi alyans əldə edəcək. Əksinə, İŞİD və digər müqavimət qüvvələri zəfər çalarsa, onda Rusiya bu regiondakı plasdarmını itirəcək. Biz hələ məğlubiyyət nəticəsindəki alçalmadan danışmırıq. Hər iki halda riskin nə qədər böyük olduğu, qazancın isə nə qədər az olması aydın görünür. Elə ona görə də, bir çox anlitiklər Rusiyanın keyfiyyətli strateji qərar vermək bacarığına şübhə ilə yanaşırlar. Hər necə olmasına baxmayaraq, bundan sonra bütün dünyadakı islam radikalları Rusiyaya qarşı daha dərin düşmən münasibəti bəsləyəcəklər. Soyuq müharibənin sonunda ABŞ-ın strateji icmasında belə bir mühüm fikir yaranmışdı ki, radikal islam Qərbdə hansı problem yaratmasına baxmayaraq, onlar Sovet İttifaqına daha böyük ziyan vura bilərlər. O dövrdən indiyədək çox şey dəyişsə də, bu konsepsiya öz doğruluğunu qoruyur. İŞİD ABŞ-a vura bilməyəcəyi zərbələri, Rusiyaya vura bilmək imkanına malikdir.

Vaqif NƏSİBOV (AzPolitika.info)


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___