Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şaurma reklamı qalmaqala səbəb oldu - Polisə şikayət edildi
Tarix: 16-07-2019 | Saat: 07:42
Bölmə:Karusel / İqtisadiyyat / Hadisə / Dünya | çapa göndər

Şaurma reklamı qalmaqala səbəb oldu

Rusiya pravoslav kilsəsinin Perm eparxiyası “Şaurma uzaqda deyil” kafesinin reklamına görə polisə ərizə ilə müraciət edib. “Xəbəraz.Az” bildirir ki, bu barədə “Properm.ru”ya eparxiyanın katibi Andrey Litovka məlumat verib.
Katibin fikrincə, inanclı insanların hisslərini təhqir edən (Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsi) reklamla bağlı yoxlama keçirmək lazımdır. Litovka bildirib ki, eparxiyaya “narazı insanlardan çox sayda telefon zəngləri daxil olur”.
Daha əvvəl sözügedən reklamı ailə, anaların və uşaqların qorunması məsələləri üzrə Patriarx Komissiyasının sədri Dmitri Smirnov tənqid etmişdi. O, kilsənin bu cür yolla piar aparılmasına mənfi münasibət bəslədiyini bildirmişdi.
Qeyd edək ki, tənqid edilən reklamda xristian obrazlarından istifadə olunub. Fotoda kilsə şəhidi obrazında olan yarıçılpaq model “ilahi şaurma”ya sevgisini etiraf edir. Hazırda həmin paylaşım kafenin “Vkontakte” sosial şəbəkəsindəki hesabından silinib.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___