Erməni mərmiləri məktəbi bu günə qoydu - FOTOLAR
Tarix: 04-04-2016 | Saat: 12:58
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qaldığı üçün təhsil müəssisələrinə ciddi ziyan dəyib.
"Xəbəraz.az " xəbər verir ki, Təhsil Nazirliyinin saytından verilən məlumata görə, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır. İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub.
Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.
Xəbəri paylaş
5748 dəfə oxunub.
Digər xəbərlər

21-02-2023, 10:44
Dostunu həbsxanadan azad etdirəcəyi vədi ilə 24 min manatını ələ keçirən şəxs tutuldu - FOTO
30-01-2017, 01:55
Rusun “UAZ”-ı 2017-ci ildə belə müasirləşdirildi - FOTO
9-07-2015, 21:56
DYP generalın oğluna görə yol polisinin işdən qovulduğunu- Açıqladı
19-11-2020, 12:02
Ermənilərin Füzuliyə atdığı “Tochka U” raketi - Foto
24-02-2016, 12:26
Bakıda ağır qəza: keçmiş polis əməkdaşı öldü, 10-dan çox yaralı - SİYAHI - YENİLƏNİB
19-01-2022, 10:51
“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?
18-08-2015, 16:00
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
20-09-2016, 16:06
Vüsalə: İnsanlar elə bilir ki, biz milyonçuyuq, yağ-bal içində üzürük...