Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FHN-lə 1 aprel zarafatı - FOTO
Tarix: 01-04-2016 | Saat: 20:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

FHN-lə 1 aprel zarafatı - FOTO



Hadisə yerinə dərhal yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Quba Yanğından Mühafizə Xidmətinin əməkdaşları 1 aprel zarafatı ilə üzləşiblər.

Xeberaz.az Report-a istinadən xəbər verir ki, FHN Quba Yanğından Mühafizə Xidmətinin “101” xidmətinə Quba şəhərinin Səməd Vurğun küçəsi, 73 ünvanında yanğın baş verdiyi barədə məlumat daxil olub. Dərhal qeyd olunan ünvana iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Nəticədə yanğınsöndürənlər nəinki yanğının baş verdiyi, həttə həmin küçədə belə bir ünvanın olmadığının şahidi olublar.

Eyni zamanda, bundan xəbər tutan jurnalistlər hadisəni işıqlandırmaq üçün qeyd olunan ünvana getsələr də, bunun 1 aprel zarafatından başqa bir şey olmadığını başa düşüblər.
Hazırda anonim zəng edən vətəndaşın kimliyi araşdırılır.


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___