Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil ediləcək
Tarix: 06-09-2019 | Saat: 11:21
Bölmə:Bütün xəbərlər / M / Siyasət / Gündəm / M2 | çapa göndər
Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.
Nazirlikdən "Xeberaz.az"-a bildirilib ki, məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.
Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.
Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.
Xəbəri paylaş
4578 dəfə oxunub.
Digər xəbərlər

18-01-2023, 14:26
Rayondan Bakıya işləmək üçün gələnlər paytaxtdan çıxarılacaq? - RƏSMİ CAVAB - VİDEO
23-03-2017, 13:11
Bakıda Təbriz havası əsir: "Pulumuz bitincə" - Video
31-05-2023, 14:10
Deputat Milli Məclisdə ağcaqanadlardan danışdı - "İtləri də Çinə sataq"
29-06-2015, 20:25
ÇOX QIZLARIN ÖLÜMÜNƏ SƏBƏB OLAN MAHNIN İFAÇISI
22-05-2017, 13:35
Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab: "Özün bilirsən sən kimsən"
10-04-2021, 14:24
Salyanda “Mitsubishi” piyadanı vuraraq ÖLDÜRDÜ
1-06-2016, 19:40
Özünü xəstəxanadan atan şəxs əvvəl özünü doğrayıb - Yeniləndi
8-11-2015, 16:10
Cinayət Məcəlləsinə yol qəzaları ilə bağlı dəyişiklik edildi
27-04-2022, 10:43
Evə girən oğrunu öldürən həbs olunur? - AÇIQLAMA
12-01-2023, 10:25
Balakəndə FACİƏ: Qazi öldü, anasının ürəyi dayandı