Onun ölümü böyük itkidi” – Robert Prosineçki
Tarix: 26-03-2016 | Saat: 20:41
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
“Yohan Kroyffun ölüm xəbərini eşidəndən sonra çox pis oldum”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Əfsanəvi hollandiyalı Yohan Kroyff uzun sürən xərçəng xəstəliyinə yenik düşərək, 68 yaşında vəfat edib. “Barselona”nın tətbiq etdiyi “tiki-taka” sisteminin banisi olan Kroyff eyni zamanda Prosineçkinin baş məşqçisi də olub.
1988-1996-cı illərdə Kataloniya klubunu çalışdırmış “uçan holland”ın istəyi ilə rəhbərlik 1995-ci ildə “Ovyedo”dan Prosineçkini transfer edib. Lakin bir mövsümün ardından Kroyffla yanaşı, xorvatiyalı da komandanı tərk edib.
Prosineçki sabiq çalışdırıcısını bu cür xatırlayır: “Son günlər onun vəziyyətinin çox pis olduğunu bilirdim. Çünki yaxınları ilə müntəzəm ünsiyyətdə olur, durumu ilə maraqlanırdım. Kroyffun ölümü dünya futbolu üçün böyük itkidi. Çünki o, dahi insan və möhtəşəm futbolçu idi”.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Ayaks” və “Barselona”da bir çox titullar qazanmış Yohan Kroyff Hollandiya yığmasının heyətində 1974-cü ildə dünya çempionatının ikincisi, 1976-cı ildə isə Avropa çempionatının üçüncüsü olub. Məşqçi kimi o, “Ayaks”la “Barselona”ya Hollandiya və İspaniyada çempionluq və ölkə kuboku ilə yanaşı, UEFA Kubokunu da qazandırıb
Xəbəri paylaş
6558 dəfə oxunub.
Digər xəbərlər

17-06-2017, 11:48
Beyons növbəti dəfə ana oldu
28-04-2016, 21:15
Bahar Muradova: “Əsl müharibə gedir...”
8-04-2017, 13:51
"Dərman qıtlığı yox, insanların alışdığı adda dərmanların tapılmaması məsələsi var"
28-01-2016, 03:37
Bu gün BVF və DB rəsmiləri Azərbaycana 4 mlrd. dollar kreditin ayrılmasını müzakirə etmək üçün Bakıya gələcək
24-06-2016, 18:53
Polşa: “AB-nin dağılmasına izn verilməməlidir”
7-11-2016, 09:21
"Mersedes" "KamAZ"la toqquşdu: bir yaralı
21-09-2020, 12:23
Şəhid olan hərbçimizin FOTOSU
6-10-2015, 13:53
Keçmiş qaynana gəlini toyda boğdu - Bakıda