Ana Sayfa > Karusel / İdman / M2 > Onun ölümü böyük itkidi” – Robert Prosineçki

Onun ölümü böyük itkidi” – Robert Prosineçki


26-03-2016, 20:41. Yazar: Xeberaz
Onun ölümü böyük itkidi” – Robert Prosineçki
“Yohan Kroyffun ölüm xəbərini eşidəndən sonra çox pis oldum”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Əfsanəvi hollandiyalı Yohan Kroyff uzun sürən xərçəng xəstəliyinə yenik düşərək, 68 yaşında vəfat edib. “Barselona”nın tətbiq etdiyi “tiki-taka” sisteminin banisi olan Kroyff eyni zamanda Prosineçkinin baş məşqçisi də olub.

1988-1996-cı illərdə Kataloniya klubunu çalışdırmış “uçan holland”ın istəyi ilə rəhbərlik 1995-ci ildə “Ovyedo”dan Prosineçkini transfer edib. Lakin bir mövsümün ardından Kroyffla yanaşı, xorvatiyalı da komandanı tərk edib.

Prosineçki sabiq çalışdırıcısını bu cür xatırlayır: “Son günlər onun vəziyyətinin çox pis olduğunu bilirdim. Çünki yaxınları ilə müntəzəm ünsiyyətdə olur, durumu ilə maraqlanırdım. Kroyffun ölümü dünya futbolu üçün böyük itkidi. Çünki o, dahi insan və möhtəşəm futbolçu idi”.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Ayaks” və “Barselona”da bir çox titullar qazanmış Yohan Kroyff Hollandiya yığmasının heyətində 1974-cü ildə dünya çempionatının ikincisi, 1976-cı ildə isə Avropa çempionatının üçüncüsü olub. Məşqçi kimi o, “Ayaks”la “Barselona”ya Hollandiya və İspaniyada çempionluq və ölkə kuboku ilə yanaşı, UEFA Kubokunu da qazandırıb
Geri dön